Oynaqlar niyə ağrıyır?

post-img

Çoxumuz oynaqlardakı ağrıları havanın dəyişməsi, yağışın yağması ilə əlaqələndiririk. Əslində, atmosfer təzyiqinin, temperaturun və rütubətin dəyişməsi fonunda oynaq ağrısının baş verə biləcəyi iddiasının  əsası yoxdur. Mütəxəssisiər belə bir hökm üçün heç bir elmi sübutun olmadığını deyirlər.
Əslində, aldığımız xəsarətlər və ya müəyyən patologiyalar səbəbilə (nə zamansa burulma, çıxıq, sınıq və.s.) ağrı baş verə bilər.
Oynaqlar hərəkət və yastığı təmin edən sümüklər, əzələlər, qığırdaqlar, bağlar və sinoviumdan (dəri ilə əzələ arasında yumşaq, incə qat) ibarətdir. İnfeksiya və ya zədə, həmçinin bəzi xəstəliklər–osteoartrit, revmatoid artrit, tendonların və ya bursaların iltihabı və s. səbəblərə görə oynaqların zədələnməsi mümkündür.
Nevroloqlar oynaq ağrılarının hava dəyişikliyi ilə əlaqələndirilməsi ilə bağlı aparılan araşdırmaların heç birinin bu iddianı dəstəkləmədiyini bildirirlər.
Onu da qeyd edək ki, oynaqdakı ağrılara beldəki problemlər də daxildir. Ağır çəkili bir əşya qaldırdıqdan sonra beldə dözülməz ağrı olduqda, mütləq həkimə müraciət edib MRT müayinəsindən keçmək lazımdır. Bu, ümumi əzələ-skelet sistemi və ya qeyri-spesifik bel ağrısı olacaq. Digər ağrı növlərini istisna etmək və müalicə almaq üçün nevroloqa müraciət edilməlidir.  Nəticədə müxtəlif diaqnozla üzləşmək olar: Sadə ağrılardan tutmuş revmatoid artrit kimi ciddi autoimmun xəstəliklərə qədər.

Z.BƏŞİRQIZI,  
“Xalq qəzeti”

Sosial həyat