Qırmızı düyü – xolestorolun qənimi

post-img

Ənənəvi Çin yeməkləri, əsasən, tərkibində təbii statinlər olan “qırmızı düyü” qanda xolestrol səviyyəsini aşagı salır. Kardioloqların bildirdiklərinə görə, yüksək xolesterol qanda və damarlarda xolesterin adlı yağlı maddənin çox olmasıdır. Mütəxəssislər bu problemin həm qarşısını almağın, həm də səviyyəsini azaltmağın yolların öyrəniblər.
Qanda yüksək xolesterola yağlı yeməklər də daxil olmaqla, bir çox amillər səbəb ola bilər. Oturaq iş və həyat tərzi, siqaret çəkmək, spirtli içki qəbul etmək, həmçinin genetika bu səbəblərdəndir.
Qırmızı “Maya düyüsü” Asiya məhsuludur. Tərkibində təbii statinlər var, onlardan biri lovastatin adlanır. Statinlər adlanan xolesterolu azaldan dərmanların birləşmələri əslində buradan yaranıb. Lovastatin qaraciyərdə HMG-CoA adlı xolesterol istehsal edən fermentin güclü inhibitorudur. Bu fermentin fəaliyyətinə maneə törətməklə, lovastatin “pis” xolesterolun sintezini azaldır.
Mütəxəssislərin fikrincə, qanda iki növ xolesterol var, onlar “yaxşı” və “pis” xolesterol adlandırılır. “Pis” xolesterin kimi bilinən aşağı sıxlıqlı lipoproteinlər qan damarlarının divarlarında yığılır və zaman keçdikcə bu, damarların daxili hissəsini daraldır. Bu da, damarların tıxanmasına, nəticədə infarkt və insult kimi ciddi xəstəliklərə səbəb ola bilər.

Z.BƏŞİRQIZI,  
“Xalq qəzeti”

Sosial həyat