100 şəhid və qazi ailəsi mənzil aldı

post-img

Ramazan ayının son günü şəhid ailələ­ri və müharibə ilə əlaqədar əlilliyi olanla­ra, həmçinin digər imtiyazlı şəxslərə yeni mənzil və fərdi evlərin sənədləri təqdim edilib. Əmək və Əhalinin Sosial Müdafiə­si Nazirliyinin tərəfindən MİDA-nın Höv­san Yaşayış Kompleksində və Abşeron, Tərtər, Goranboy, Ucar və Zərdab rayon­larında verdiyi 100 mənzilin və fərdi evlə­rin sevincini yaşayanlar arasında, gözdən əlilliyi olanlar, Çernobıl əlilləri də var.

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Vüsal Nəsirli tədbir işti­rakçılarını Ramazan bayramı münasibətilə təbrik edib. O, qeyd edib ki, Vətən müha­ribəsindən sonra dövlət başçısının göstərişi ilə şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı icra olunan sosial dəstək zərfi çər­çivəsində ötən dövrdə 124 min şəxsə 281 min xidmət göstərilib. Bu sosial dəstək zərfi nəticəsində mənzil, fərdi evlə təminat proq­ramı da 5 dəfə genişlənib. 2021-ci ilin əv­vəlindən İkinci Qarabağ müharibəsi şəhid­lərinin ailələri və əlilləri də mənzillə təmin olunurlar. 

Yeni təqdim edilən mənzil və fərdi ev­lər də daxil olmaqla, Vətən müharibəsindən sonra şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olanlara 4 min 660, ümumilikdə isə ötən dövrdə 13 min 460 mənzil və fərdi ev verilib. Dövlət başçısının tapşırığı uyğun olaraq, 2023-cü ildə də bu kateqoriyadan olan vətəndaşlarımıza azı 1500 mənzil və fərdi ev veriləcək. 

Mənzil alanlar daim dəstəklə əhatə olun­duqları, həmçinin yeni mənzillərlə təmin edildiklərinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Z.HÜSEYNOVA, “Xalq qəzeti”

Sosial həyat