Güclü Azərbaycan mediası dövlətin prioritetidir

post-img

Tarixi Qələbəmizlə yekunlaşan Vətən müharibəsinin başa çatmasından qısa müddət sonra Azərbaycan Respublikası Prezidenti tərəfindən “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanın imzalanması, həmin Fərmanla Medianın İnkişafı Agentliyinin yaradılması və “Media haqqında” Qanunun qəbulu milli informasiya məkanında davamlı inkişafa nail olunmasının dövlət üçün prioritet təşkil etməsinin göstəricisidir. Medianın İnkişafı Agentliyinin Nizamnaməsində kifayət qədər geniş spektri əhatə edən fəaliyyət istiqamətləri əksini tapıb. Agentlik, ilk növbədə, media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi, infrastrukturun modernləşdirilməsi, müvafiq sahədə yeni iqtisadi modelin yaradılmasını hədəfləyir və bu istiqamətdə atılacaq addımlara dəstək göstərir.

AZƏRTAC xəbər verir ki, media islahatlarının hüquqi bazasını təşkil edən “Media haqqında” Qanun milli infor­masiya məkanında davamlı inkişafa nail olunmasının dövlət üçün prioritet təşkil etməsinin göstəricilərindən biridir. Qanun layihəsi parla­mentdə müzakirəyə çıxarı­lanadək aparıcı media sub­yektlərində təqdim edilib və 800-dən artıq jurnalist, media nümayəndəsi və ekspertləri­nin iştirakı ilə onun müzakirə­si həyata keçirilib. Layihənin parlament səviyyəsində də dəfələrlə ictimai müzakirəsi təşkil olunub, yüzlərlə me­dia nümayəndəsinin və eks­pertin, həmçinin vətəndaş cəmiyyəti üzvlərinin həmin müzakirələrdə iştirakı təmin edilib. Haqlı olaraq bir çox ekspertlər “Media haqqında” Qanunu dövlət büdcəsindən sonra cəmiyyətdə böyük maraq doğurmuş və geniş müzakirə olunmuş qanun kimi dəyərləndiriblər. Qanun jurnalistlərin peşəkar fəaliy­yətinin maneəsiz və effektiv həyata keçirilməsinə, media subyektlərinin yaradıcılıq və redaksiya müstəqilliyinin ən yüksək səviyyədə müdafiə edilməsinə və ifadə azadlı­ğının möhkəmləndirilməsinə yönəlmiş təminat mexanizm­lərinin daha da gücləndiril­məsi üçün hüquqi əsas for­malaşdırır. Qanun məqsədi daxili informasiya məkanının təhlükəsizliyinin təmin edil­məsi və medianın cəmiyyətin obyektiv və peşəkar şəkildə məlumatlandırılmasına xid­mət edən fəaliyyətinin sti­mullaşdırılması yolu ilə yerli medianın inkişafına təkan verilməsi və informasiya mü­hitinin rəqabətliliyinin artırıl­masından ibarətdir. “Media haqqında” Qanun beynəlxalq norma və prinsiplər, habelə mütərəqqi xarici təcrübə nəzərə alınmaqla hazırlanıb. Qanun ayrı-ayrı normaları işlənərkən müxtəlif dövlət­lərin analoji qanunları araş­dırılmış, ictimaiyyətin sosial sifarişinə, beynəlxalq hüquqi aktların yanaşmasına, xari­ci dövlətlərin təcrübəsinə və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlə­rinə uyğun olaraq qabaqcıl standartlara cavab verən normalar formalaşdırılıb.

Azərbaycan media mühi­tinin sağlamlaşdırılmasında mühüm rol oynayacaq Me­dia Reyestrinə jurnalistlərin məlumatlarının daxil edilməsi nəticəsində onlara təsdiqe­dici sənəd mahiyyətli vəsiqə təqdim olunması Qanunda təsbit edilir ki, bu vəsiqənin əldə edilməsi də tamamilə kö­nüllü xarakter daşıyır. Həmin vəsiqə jurnalistin həqiqətən jurnalist olduğunu deyil, jur­nalistin həqiqətən Media Reyestrinə daxil edildiyini sübut edir. Amma təəssüflər olsun ki, bu məsələ ətrafın­da bilərəkdən spektulyativ fikirlər səslənir. İfadə və söz azadlığının yüksək səviyyə­də təmin olunduğu ölkəmizdə dövlətin media sferasına hər hansı inzibati müdaxilə etmək niyyəti yoxdur. Əksinə, media sahəsində institusional quru­culuq işlərinin davam etdiril­məsi məqsədilə publik hüquqi şəxs statuslu Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi yaradılmış­dır. Agentliyin Nizamnaməsi ilə tanış olduqda onun yalnız medianın inkişafı yönüm­lü səlahiyyətlərinin olduğu­nu müəyyənləşdirmək çətin deyil. Media Reyestri üçün tələb olunan rəsmi məlumatın məqsədi həm media subyekt­lərinin, həm də jurnalistlərinin fəaliyyətinin daha səmərəli təşkilini və onların hüquqları­nın ən yüksək səviyyədə mü­dafiəsini təmin etmək, heç bir qanuni əsası olmadan özünü media subyekti kimi təqdim edən və qeyd olunan status­dan sui-istifadə edən şəxs­lərin fəaliyyətinin qarşısını almaqdır.

Media Reyestrinin Azər­baycan media mühitinin sağ­lamlaşdırılmasında mühüm funksiya yerinə yetirməsi re­daksiya heyəti bir nəfərdən ibarət olan qeyri-peşəkarlar və eyni zamanda, hər fürsət­də ölkəmizin beynəlxalq imi­cini ləkələməkdən yorulma­yan şəxslər tərəfindən qıcıqla qarşılanıb. Onlar bütün güc­lərini səfərbər edərək “Media haqqında” Qanunu və Media Reyestrini yenidən hədəfə alır, müxtəlif iddialarla qa­rayaxma kampaniyası apa­rırlar. Əslində, belə neqativ qüvvələrin hədəfi yalnız Me­dianın İnkişafı Agentliyi deyil, Azərbaycanın bütün sağlam mediasıdır. Belə mövqedə dayananlar, ilk növbədə, is­lahat xarakterli addımların mahiyyətini təhrif etməyə və əhəmiyyətini azaltmağa, icti­mai rəyi çaşdırmağa çalışır­lar. Sosial şəbəkələrin Azər­baycan seqmentində sadə monitorinq aparanda görürük ki, Agentliyə qarşı virtual hü­cumlar bütün vicdanlı jurna­listlərin hiddətinə səbəb olan “reket media” mənsubları və ifadə azadlığı kimi humanist dəyərləri özlərinin spekulya­siya alətinə çevirmiş dairələr tərəfindən təşkil olunub. Həm qeyri-peşəkar media­nın, həm Azərbaycanın imi­cini ləkələmək sahəsində ixtisaslaşmış “peşəkarların” məqsədi bəllidir: milli media məkanımızı hədəf seçmək, yeniliklər, islahatlar barədə mənfi rəy yaratmaq. Azər­baycanda sabitlik və təhlükə­sizliyin təmin olunmasından, ölkəmizin davamlı inkişa­fından məyus olan bu kimi şəxslərin məqsədi media mühitində xaos və anarxiya­nın hökm sürməsinə nail ol­maqdır. Lakin, ölkəmizin milli informasiya məkanında möv­cud olan reallıqlar, tərəqqiyə yönəlik addımlar, media mühitinin sağlamlaşması is­tiqamətində ciddi jurnalistlə­rin dövlətin atdığı addımlarla həmrəylik nümayiş etdirməsi bu cəhdləri tamamilə rədd edir, zərərsizləşdirir. 

Medianın inkişafı yönün­də dövlətin verdiyi qərarların məzmununa nəzər salsaq görərik ki, Azərbaycan medi­asının iqtisadi dayanıqlılığı­nın gücləndirilməsi, müstəqil, güclü, fəaliyyətini günümü­zün tələbləri səviyyəsində qurmağı bacaran, habelə dövlətçilik ənənələrinə bağlı və xalqımızın milli maraqla­rını rəhbər tutan medianın inkişafı prioritet vəzifələrdən biri kimi daim diqqət mərkə­zində olub. Medianın İnkişafı Agentliyi də öz işini media su­byektlərinin iqtisadi müstəqil­liyinin gücləndirilməsi, mü­vafiq sahədə yeni iqtisadi modelin formalaşdırılması, yeni informasiya-kommu­nikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması üzərində qurub.

Sosial həyat