Gəncəyə raket hücumları məqsədyönlü terror idi

post-img

Ermənistan, BCM üzvü kimi, bu cinayətləri araşdırmalıdır

Ermənistan, Beynəlxalq Cinayət Məhkəməsinin üzvü kimi, 2020-ci ildə Gəncəyə edilmiş raket hücumlarını araşdırmalıdır.

Bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev sosial şəbəkədə yazıb. O, açıqlamasının davamında qeyd edib:

“17 oktyabr 2020: Gəncəyə ikinci ən ölümcül ballistik raket hücumu olub. Ermənistanın ballistik raket hücumları ilə dinc sakinləri qətlə yetirməsi təsadüf və ya yan təsir deyil, məqsədyönlü terror və qətl siyasətidir. BCM üzvü kimi, Ermənistan bu hərbi cinayətləri araşdırmalıdır”.

Xatırladaq ki, İkinci Qarabağ müharibəsi dövründə Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən 5-ci dəfə raket hücumuna məruz qalmasından 4 il ötüb.

XQ

Siyasət