Yaxud dilənçilik xroniki hay xəstəliyidir
Pis vərdiş xroniki xəstəlik kimidir. Cana düşdümü, ölənədək tərk etmir. Özünü yazıq, əzabkeş kimi göstərib, tarixi proseslərdən yararlanmaq erməninin yüz illərdir dəyişməyən xislətidir. Dilənmək hayların milli xarakteridir, başqalarının torpaqlarında və ev sahiblərinin hesabına yaşamaq onların qanındadır. Bu millət istənilən məqamda dost, qonşu dediyinə xəyanətə hazır olduğu kimi, kişi kimi ləyaqətli düşmənçilik etməyi də bacarmır.
Üç il bundan əvvəl rusların üstünə düşmüşdülər. “Rusiya hesab edir ki, Amerika Birləşmiş Ştatları Ermənistandan öz maraqlarına görə istifadə edir. Əslində, rusların bu düşüncəsi rəsmi Moskvanın iç üzünü göstərir. Çünki tarix boyu Ermənistan Rusiya üçün oyuncaq olub”. Bu sözləri üç il bundan əvvəl Ermənistan Avropa Partiyasının sədri Tiqran Xızmalyan deyib. Ölkəsinin düşdüyü bədbəxtlikdə Rusiya hakimiyyətini günahlandıran siyasətçi çarəni onları Hayastandan qovmaqda görürdü.
İndi də bir Kirakosyan peyda olub və Azərbaycana qarşı təzminat tələbini formalaşdırmaqdan dəm vurur. Dünya erməni sammitində çıxış edən Paşinyan hökumətinin beynəlxalq hüquqi məsələlər üzrə nümayəndəsi Yeqişe Kirakosyan Qarabağ ermənilərinin “hüquqlarının pozulmasına görə kompensasiyanın alınmasının onların geri qaytarılma hüququnun həyata keçirilməsi imkanını istisna etmədiyini”, əksinə, bu hüquqların “bir-birini tamamladığını” bəyan edib.
Tribunada haqdan və ədalətdən dəm vuran Kirokasyan bu barədə danışmağın hələlik tez olduğunu, amma “müəyyən mərhələdə Azərbaycana qarşı kompensasiya tələbinin formalaşdırılacağını və hesablamalar aparılacağını” bildirib. O, sammit iştirakçılarına bu “strateji plan”ın mahiyyətini də izah edib: “Hüquqi mənada vətəndaşlıq əldə etmək geri qayıtmaq hüququnun (indiki halda ermənilərin Qarabağa qayıtmaq hüququ - red.) həyata keçirilməsini istisna etmir”.
Erməni siyasətçi demək istəyir ki, Qarabağ ermənilərinə vətəndaşlıq verilməsi məcburi köçkünlərin fərqləndirilməsi məsələsini gündəmə gətirə bilər, amma bu insanları müəyyən etmək çox asandır. Yəni, hansı ölkənin vətəndaşı olmasından asılı olmayaraq etnik ermənilərin Azərbaycana qayıtmaq hüququ vardır. Bu iddiasını Beynəlxalq Ədalət Məhkəməsində və Avropa İnsan Haqları Məhkəməsində Ermənistanın təqdim etdiyi iddialarda geri qaytarılma hüququnun həyata keçirilməsi tələbi ilə “əsaslandırmağa” çalışan Kirokasyan konkret “sübut” gətirir: “2023-cü il noyabrın 17-də Beynəlxalq Ədalət Məhkəməsi geri qaytarılma hüququnu müəyyən edən müvəqqəti qərar qəbul etdi. Orada bildirilir ki, Azərbaycan geri qayıtmaq istəyən ermənilər üçün təhlükəsiz şəraitin yaradılması üçün tədbirlər görməyə borcludur”.
BƏM-in “ədalətli qərarının” ardınca geri qayıdacaq ermənilərə Azərbaycanın təzminat ödəməli olacağına da diqqəti çəkən partiya sədrinin hansı məntiqlə bu xəyala düşdüyünü anlamaq çətindir. Öz haramını qonşunun halalından üstün sayan hay siyasətçi dilənçilik qoxusu gələn bu açıqlaması ilə gələcəkdə nəyəsə ümid etdiklərini büruzə verir.
Bu zehniyyət bizim üçün təəccüblü deyil. 30 il torpaqlarımızı işğal altında saxlayan, Qarabağın və ətraf 7 rayonun yerüstü və yeraltı sərvətlərini çapıb-talayan və bu gün də revanşist-separatçı siyasətindən əl çəkmək istəməyən Ermənistanın özünü dünyaya əzilən tərəf kimi tanıtmağa çalışmasında qəribə nə var ki? 30 illik talanın təzminatını Azərbaycana ödəməyi indi ağlının ucundan da keçirməyən Ermənistan sabah ona qarşı məhkəmənin hökmünü yerinə yetirməmək üçün hansı oyunlardan çıxacağını təsəvvür etmək çətin deyil. Amma xeyri olmayacaq! Dilənçiliklə olsa belə, vurduğu ziyanın əvəzinə təzminat ödəməyə məhkumdur! O cümlədən haqqını tapdadığı 1 milyon qaçqın və məcburi köçkün soydaşımıza vurduğu mənəvi ziyanın əvəzini də...
Dedik axı, xislətə çevrilmiş vərdişi bu dünyada tərgitmək mümkün deyil. “Qozbeli qəbir düzəldər” deyiblərsə də, bunları heç qara torpaq da düzəldə bilməz. Reallığa kor olanlarlın miskin mənzərəsi bunu deyir.
Reallıq isə ondan ibarətdir ki, Cənubi Qafqazda özünü sülhdən xəstəcəsinə təcrid edən bir ölkə varsa, o da Ermənistandır.
İ.HƏSƏNQALA
XQ