Bonayre adasının azadlıq yolu Bakıdan keçir

post-img

Avqustun 22-də Bakıda “Bonayre adasının Bakıdan keçən BMT Baş Assambleyasındakı öz müqəddəratını təyinetmə yolu” mövzusunda beynəlxalq konfrans keçirilib.

Bakı Təşəbbüs Qrupu (BTQ) və Bo­nayre İnsan Hüquqları və Dəyişiklik Na­minə Hərəkatının birgə təşkilatçılığı ilə baş tutan tədbir Niderlandın müstəmləkəçiliyi altında olan Bonayre adasına həsr edilib.

Konfransda kolonializmə qarşı müba­rizə aparan və azad olmağa çalışan Bo­nayre xalqının təmsilçiləri, habelə Beliz, Sent-Vinsent və Qrenadin, Surinam, Sent Lüsiya, Böyük Britaniya, Meksika, Ni­derland və başqa ölkələrin nümayəndələ­ri, BMT və digər beynəlxalq təşkilatların rəsmiləri, hüquq müdafiəçiləri, qeyri-hö­kumət təşkilatlarının rəhbərləri, dekoloni­zasiya üzrə ekspertlər, tədqiqatçılar iştirak ediblər.

BTQ-nin icraçı direktoru Abbas Abba­sov bildirib ki, Bakı Təşəbbüs Qrupu in­diyədək beynəlxalq ictimaiyyətin Fransa­nın müstəmləkəçilik siyasətinin nəticələri ilə bağlı informasiyaya malik olması üçün çox vacib işlər həyata keçirib. “Hesab edi­rik ki, Bonayre xalqının öz müqəddəratını təyin etmək hüququ əsasdır və buna görə də təmin olunmalıdır", – deyə moderator qeyd edib. 

Məclisdə çıxış edən Bonayre İnsan Hüquqları Təşkilatının prezidenti Davika Bissessar bildirib ki, biz səsimizi güclən­dirmək, eyni zamanda, ədalətin, sadəcə, ideal deyil, hamı üçün reallıq olmasını təmin etmək üçün qlobal ictimaiyyətin dəstəyinə və anlayışına inanırıq.

Beynəlxalq konfransın təşkilin­də dəstəyə görə Bonayre xalqı adından Azərbaycan hökumətinə, Bakı Təşəbbüs Qrupuna, xüsusi qonaqpərvərlik üçün isə xalqımıza təşəkkürünü ifadə edən Boner Dəyişim Hərəkatının yaradıcısı Ceyms Finis Bonayre dilinin Karib regionunda müstəmləkə siyasətindən qurtulmağı ba­caran və mövcudluğunu qoruyub saxlayan iki dildən biri olduğunu diqqətə çatdırıb. 

Müstəmləkəçilikdən əziyyət çəkən ölkəsinin problemlərindən danışan Bonay­renin nümayəndə heyətinin üzvü, “Radio Vision FM”in rəhbəri Albertiko Canqa diqqətə çatdırıb ki, adadakı təhsil sistemi gəncləri o həddə çatdırır ki, onların hamısı təhsil almaq üçün xaricə gedirlər. “Bizim öz bayrağımız, dilimiz olsa da, ondan is­tifadə edə bilmirik”, – deyə təəssüflənən “Change” hərəkatının həmtəsisçisi Kaile Aranxta Elizabet Fines əcdadları tərəfin­dən nəsildən-nəslə ötürülən Bonayre di­linin tarixinin XVII əsrə gedib çıxdığını diqqətə çatdırıb. 

Əsas hissədən sonra konfrans öz işini “Regional və beynəlxalq dəstəyin səfərbər edilməsi” mövzusunda müzakirələrlə da­vam etdirib. 

Əvvəlcə Bonayre xalqının öz müqəd­dəratını təyinetmə uğrunda mübarizəsini əks etdirən videoçarx nümayiş olunub. BMT yanında Afrikaəsilli Vətəndaşlar Fo­rumunun üzvü June Soomer, Bonayrenin İnsan Hüquqları üzrə Təşkilatının bey­nəlxalq siyasət üzrə müşaviri Xorxe Qar­siya Kordoba, Azərbaycan Dillər Univer­sitetinin baş müəllimi Sara Ələsgərova və digərləri çıxış edərək Niderlandın əsarəti altında olan Bonayre xalqının müstəm­ləkəçilikdən azad olmaq uğrunda apardı­ğı mübarizə, habelə problemin aidiyyəti beynəlxalq təşkilatların gündəliyinə çıxa­rılması istiqamətində görülən işlər, bey­nəlxalq hüquqi imkanlar barədə danışıblar. 

“Bonayre adasının Bakıdan keçən BMT Baş Assambleyasındakı öz müqəd­dəratını təyinetmə yolu” mövzusunda ke­çirilən beynəlxalq konfransın yekununda bəyanat qəbul edilib.

Sənəddə deyilir: “Biz konfrans iştirak­çıları olaraq tədbirin təşkilinə görə Bakı Təşəbbüs Qrupuna, səmimi və qonaqpər­vər münasibətinə görə isə Azərbaycan xalqına dərin minnətdarlığımızı bildiri­rik. Bu tədbir əsarət altında olan Bonayre xalqının durumuna həsr olunmuş və ma­raqlı tərəflərə Niderlandın müstəmləkə si­yasətinin fəsadlarını müzakirə etmək üçün geniş imkan yaradıb. Bu siyasət uzunmüd­dətli perspektivdə Bonayre xalqının gələ­cəyini və mövcudluğunu ciddi təhlükə al­tına qoymaqdadır.

Bonayrenin statusu: Bonayre bir vaxt­lar Niderland Antil adalarının tərkib his­səsi kimi daxili özünüidarə ilə geniş səla­hiyyətlərə malik Niderland müstəmləkə vahidinin bir hissəsi olub. 2010-cu il ok­tyabrın 10-da Niderland Antil adalarının buraxılmasından sonra Bonayre Niderland hökuməti tərəfindən birtərəfli qaydada qeyri-bərabər hüquqlarla Niderland Kons­titusiyasında təsbit edilmiş və muxtariyyəti olmayan bir “dövlət orqanı/qurumu” kimi bu ölkəyə birləşdirilib.

Demoqrafik dəyişikliklər: 2010-2024-cü illər arasında Bonayrenin əhalisi 11 min nəfərdən 25 min nəfərə qədər artıb. 

Müqəddəratın təyin edilməsi uğrunda mübarizə - 2015-ci il referendumu: 2015-ci il dekabrın 18-də keçirilmiş referendumda seçicilərin 66 faizi 2010-cu ildən etibarən Bonayredə tətbiq edilən konstitusiya statu­sunu rədd edib. Bu nəticələr ada parlamen­tinin nümayəndələri tərəfindən Bonayre xalqının qanuni və hüquqi demokratik qə­rarı kimi yekdilliklə təsdiqlənib. 

Konfrans iştirakçıları bu fürsətdən isti­fadə edərək bu il mayın 14-16-da Venesue­lanın Karakas şəhərində BMT-nin Dekolo­nizasiya üzrə Xüsusi Komitəsi tərəfindən təşkil olunmuş “Müstəmləkəçiliyin ləğvi üzrə beynəlxalq dördüncü onilliyin tətbiqi, özünüidarəedən ərazilərin məqsədlərinə nail olunması və ehtiyaclarının təmin olun­ması” mövzusunda Karib dənizi regional seminarında Azərbaycan Respublikasının iştirakını alqışlayıblar”.

Bəyanatın nəticə hissəsində Bonay­renin yenidən özünü idarə etməyən ərazi kimi siyahıya alınması ilə bağlı qətnaməyə beynəlxalq dəstəyin göstərilməsi üçün ça­ğırış yer alıb: “Bonayre öz müqəddəratını təyinetmə və özünüidarəetmə hüququnu qorumaq, təmin etmək naminə özünü idarə etməyən ərazi kimi yenidən qeydiyyata alınmasını müdafiə etmək üçün beynəlxalq ictimaiyyətin dəstəyini qazanmağa çalışır. Bu məsələ ilə bağlı qətnamənin Sent-Vin­sent və Qrenadinin Baş naziri, Latın Ame­rikası və Karib Hövzəsi Ölkələri Birliyinin (CELAC) keçmiş prezidenti Ralf Qonsal­vesin rəhbərliyi ilə bu il oktyabrın əvvəlin­də BMT Baş Assambleyasında dekoloniza­siya gündəliyinin bir hissəsi olaraq yeddi (7) Karib adası tərəfindən təqdim ediləcəyi gözlənilir.

Biz BMT Baş katibini və təşkilata üzv dövlətləri həmrəylik göstərməyə ça­ğırır, Bonayre xalqının öz müqəddəratını təyinetmə hüququnu müdafiə edən huma­nitar əhəmiyyətli bu mübarizəni dəstək­ləmələrini, Bonayre məsələsinə dair qət­naməyə həmmüəllif kimi yeddi Karib adasına qoşulmalarını xahiş edirik. Bu qətnamə Bonayrenin BMT-nin özünü idarə etməyən ərazilər siyahısına daxil olunma­sını və BMT-nin Dekolonizasiya üzrə Xü­susi Komitəsinin nəzarəti altına alınmasını nəzərdə tutur. 

Biz Bonayre xalqı olaraq Qoşulma­ma Hərəkatı Troykasının üzvü olan Azər­baycanın Prezidenti İlham Əliyevdən, Qoşulmama Hərəkatı ölkələrindən Bo­nayre xalqının beynəlxalq dekolonizasiya hüququna uyğun olaraq öz müqəddəratını təyinetmə hüququnu dəstəkləməyi, Bonay­renin BMT-nin özünü idarə etməyən əra­zilər siyahısına daxil olunması məsələsini qaldırmağı xahiş edirik. 

Biz Niderland hökumətini müstəmləkə siyasətindən əl çəkməyə və Bonayrenin BMT-nin özünü idarə etməyən ərazilər si­yahısına yenidən daxil olunmasının qarşı­sını almamağa çağırırıq”. 

XQ

Siyasət