Sentyabrın 1-də keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə müşahidəçi qismində iştirak etmək üçün ümumilikdə indiyədək 8825 yerli müşahidəçi akkreditasiyadan keçib.
Bu sözləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın avqustun 1-də keçirilən iclasında söyləyib.
O bildirib ki, bu müşahidəçilərdən 4622 nəfəri Mərkəzi Seçki Komissiyasında, 4203 isə dairə seçki komissiyalarında qeydiyyatdan keçib. Beynəlxalq müşahidəçilərin sayı isə 94 nəfərdir.
M.Pənahov vurğulayıb ki, növbədənkənar parlament seçkilərini müşahidə etmək üçün 5 qurumdan və 23 ölkədən 94 nəfər akkreditə olunub. Belə ki, ATƏT-in Demokratik Təsisatlar və insan Hüquqları Bürosundan 39 nəfər, MDB Parlamentlərarası Assambleyasında 36 nəfər, Müstəqil Dövlətlər Birliyindən 14 nəfər, Maldiv Mərkəzi Seçki Komissiyasından 3 nəfər, Gürcüstan Mərkəzi Seçki Komissiyasından isə 2 nəfər akkreditasiyadan keçib.