Blinken: sülh sazişinə müstəsna imkan yaranıb

post-img

“Azərbaycan və Ermənistan arasında sülh sazişinə nail olmaq üçün müstəsna imkan yaranıb”. XİN-dən aldığımız məlumata görə, bu sözləri ABŞ Dövlət katibi Antoni Blinken Brukinqs İnstitutunda çıxışı zamanı deyib. 

ABŞ-nin baş diplomatı bildirib ki, bu saziş onilliklər­lə davam edən münaqişəyə son qoyacaq və iqtisadi əlaqələr, iqtisadi inkişaf, Şərqlə Qərb, Şimalla Cənub arasında əlaqələr baxımından böyük imkan yarada­caq: “Azərbaycan bu işdə çox böyük rola malikdir. Biz diplomatiya yolu ilə fəal şəkildə iş apararaq Azərbay­can və Ermənistanı sülh sazişinə yaxınlaşdırmağa ça­lışdıq. Biz bu sahədə Avropa İttifaqı ilə sıx əməkdaş­lıq və koordinasiya həyata keçirmişik. Düşünürəm ki, bu, həqiqətən, mümkündür. Mən, təxminən, bir həftə əvvəl bu barədə Azərbaycan Prezidenti İlham Əliyev­lə danışdım. Düşünürəm ki, bu mümkündür və tam mənada Azərbaycanla Ermənistanın, bütün regionun maraqlarına xidmət edir”.

Siyasət