ABŞ mediası Bakıda keçirilmiş dekolonizasiya konfransına önəm verib

post-img

Ümumdünya Kilsələr Şurasının Mərkəzi Komitəsi Azərbaycanla razılaşır ki, Fransız Polineziyası Fransa müstəmləkəçiliyindən azad edilməlidir. Bu barədə tanınmış siyasi şərhçi və jurnalist, Dona Qrasiya Diplomatiya Mərkəzinin təsis­çisi və baş direktoru Reyçel Avraham baş qərargahı ABŞ-ın Nyu-York şəhə­rində yerləşən Xarici Siyasət Assosiasiyasının xəbər saytında dərc olunmuş məqaləsində yazıb.

"Azərbaycan Bakıda dekolonizasi­ya mövzusunda konfrans keçirir" baş­lıqlı məqalədə qeyd olunub ki, məqsədi “Fransız azadlıq və antimüstəmləkəçi hərəkatları”nı dəstəkləmək olan “Bakı Təşəbbüs Qrupu kimi tanınan təşkilatın təşəbbüsü ilə bu yaxınlarda Azərbaycan Milli Məclisində “Fransız Polineziyası­nın dekolonizasiya hüququ: çağırışlar və perspektivlər” mövzusunda konfrans keçirilib. Konfrans çərçivəsində Poli­neziya nümayəndə heyəti ilə görüşən qrupun icraçı direktoru Abbas Abbasov “müstəmləkəçilikdən qurtulmaq istəyən xalqların ədalətli mübarizəsini bundan sonra da dəstəkləməyə” söz verib.

Məqalədə Fransız Polineziyası nü­mayəndə heyətinin rəhbəri Viktor Maa­maatuayahutapunun konfransdakı çıxı­şından da iqtibas gətirilib. Beynəlxalq hüquqi mexanizmlərin qeyri-mükəm­məlliyinin Fransa müstəmləkələrinin azadlığa çıxmasına mane olduğu diqqətə çatdırılan konfransda qeyd olu­nub ki, keçən ilin iyulunda Bakıda BTQ-nin təsis edilməsi 150 ildən artıqdır Karib dənizi, Cənubi Amerika, Hind və Sakit okeanlar daxil olmaqla regionla­ra təsir edən istismarla mübarizə üçün yeni səylər dalğasının başlanğıcı kimi qiymətləndirilməlidir.

Yazıda Ümumdünya Kilsələr Şura­sının Mərkəzi Komitənin qəbul etdiyi ictimai bəyanatda Fransa hakimiyyə­tini "öz öhdəliklərini yerinə yetirməyə və Maohi xalqının iqtisadi, sosial və mədəni inkişafı üçün bütün lazımi va­sitələri təmin etməyə" və "Fransadan zərər çəkmiş bütün şəxslərə təzminat ödəməyə” çağırış edildiyi diqqətə çat­dırılıb.

Siyasət