Avroavantüra

post-img

Rusiya müttəfiqlikdən imtinanı  Ermənistanın siyasi intiharı hesab edir

Hakimiyyətə gəldiyi ilk gündən Qərb və Rusiya arasında manevr edən Nikol Paşinyan hökumətinin artıq strateji seçimini etdiyini söyləmək mümkündür. Rəsmi İrəvan Rusiyadan üz çevirərək, Qərbə inteqrasiya xəttini tutub. Bunun sonuncu göstəricisi martın 13-də Avropa Parlamentinin qəbul etdiyi “Avropa İttifaqı və Ermənistan arasında daha yaxın əlaqələr və Azərbaycanla Ermənistan arasında sülh sazişinə ehtiyac” adlı qətnamədir.

Qeyd edək ki, İrəvanın Rusiyadan əsas narazılığı İkinci Qarabağ müharibəsi zamanı yarandı. Heç kimə, o cümlədən Paşinyan iqtidarına da sirr deyildi ki, rmənistan və Azərbaycan arasında baş verəcək növbəti müharibə ölkəmizin qələbəsi ilə başa çatacaq. İrəvanda bilirdilər ki, Azərbaycan öz torpaqlarının işğal altında qalması ilə barışmayacaq. Bakıdan bununla bağlı dəfələrlə ən yüksək səviyyədə bəyanatlar verilmişdi. yni zamanda, ordumuzu gücləndirdiyimiz, müxtəlif ölkələrdən silah-sursat aldığımız, Azərbaycan iqtisadiyyatının rmənistan iqtisadiyyatından bir neçə dəfə böyük olduğu hayların “başbilən”lərinə məlum idi. İqtisadi amil isə müharibədə mühüm rola malikdir. Ölkələr arasında digər ciddi fərq əhalinin sayı ilə bağlı idi. Son illərdə iqtisadi gerilik, çətin həyat şəraiti və sabaha inamın olmaması səbəbindən baş verən miqrasiya nəticəsində rmənistan əhalisinin sayı azalaraq, 2,9 milyon nəfər olmuşdusa, Azərbaycan əhalisinin sayı artaraq 10 milyonu ötmüşdü. Bundan əlavə, ayastandan fərqli olaraq, Azərbaycanda vətənpərvər gənc nəsil yetişmişdi.

Bütün bu məqamlar qeyd etdiyimiz kimi, İrəvana da məlum idi. Bir hökumət bu şərtlər çərçivəsində müharibənin başlanmasına rəvac verən təxribatları yalnız xarici havadarlara arxalanaraq törədə bilərdi. Belə də oldu. Yeri gəlmişkən, qeyd edək ki, 2016-cı ilin Aprel döyüşləri Serj Sarkisyan rejiminin Rusiyaya yalvar-yaxarından sonra dayandırılmışdı. əmin vaxt rejim mənsubları Azərbaycanla danışıqlarda konstruktivlik göstərəcəklərinə razılıq vermişdilər. Ancaq bu baş vermədi. örünür, Paşinyanın “strateqləri” də düşünürmüşlər ki, Azərbaycana qalib gələ bilməsələr, ən azı böyük dövlətin təzyiqi nəticəsində Bakını durdura biləcəklər.

Müharibə ilə bağlı açıqlanmış bəzi məlumatlar var. Onların birində qeyd olunur ki, rmənistan silahlı qüvvələrinin baş qərargah rəisi, general-polkovnik Onik Qasparyan oktyabrın 3-dən etibarən dəfələrlə müharibənin dayandırılmasının zəruriliyi ilə bağlı baş nazirə məruzə edib. Paşinyan isə öz növbəsində keçmiş ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə  Rusiya, Fransa və Avroavantüra Rusiya müttəfiqlikdən imtinanı  Ermənistanın siyasi intiharı hesab edir ABŞ-ın Azərbaycanı dayandırması xahişi ilə çoxsaylı müraciətlər edirdi. Ancaq bunların bir faydası olmadı. Azərbaycan rəhbərliyi yalnız işğal olunmuş ərazilərdən erməni qoşunlarının çıxmasının vaxt cədvəlini aldıqdan sonra döyüşlərin dayandırılmasına razılıq verdi.

Paşinyan əsas ümidini Rusiyaya bağlamışdı. Çünki Fransa və ABŞ-dan fərqli olaraq, Rusiya region dövlətidir, onun təsir imkanları daha böyükdür. rmənistan və Rusiya KTMT adlanan qurumda birgə iştirak edir. Ancaq Rusiya rəhbərliyi açıq şəkildə bəyan etdi ki, Azərbaycan BMT tərəfindən tanınmış ərazilərində müharibə aparır. Müharibə rmənistan ərazisinə keçsə, KTMT çərçivəsində kollektiv məsuliyyətin yaranmasından danışmaq mümkün olacaq. Lakin bu açıqlamalar Paşinyan hökumətini qane etmədi və İrəvanMoskva münasibətlərində çat yarandı. 2021-ci ilin mayında baş verən “Qaragöl insidenti”, noyabrın 16-da və 2022-ci ilin sentyabrında sərhədyanı bölgədəki silahlı toqquşma həmin çatın dərinləşməsinə səbəb oldu. Ermənistan hakimiyyəti və ictimai-siyasi sferada təmsil olunan bəzi şəxslər Rusiyanın ünvanına indiyədək deyilməyən tənqidləri səsləndirməyə başladılar. 2023-cü ilin sentyabrında Qarabağ iqtisadi rayonunda keçirilən antiterror tədbirləri isə kasanı daşıran son damla oldu. Bölgədəki Rusiya sülhməramlıları ciddi tənqid “atəşinə” tutuldu. Bundan sonra bir sıra şəxslər, məsələn, təhlükəsizlik şurasının katibi Armen Qriqoryan Ermənistanın SSRİ-nin dağılmasından dərhal sonra Rusiyadan lakin indiyə qədər neytral qalıb.

Ekspertin sözlərinə görə, həm də Rusiya başa düşmür ki, İrəvan Azərbaycanla sülh müqaviləsi imzalamaq və qonşu dövlətlərlə nəqliyyat və logistika əlaqələrini bərpa etmək əvəzinə nəyə görə ona hərbi qüdrətini tez bir zamanda artırmağa kömək edəcək “müttəfiqlər” axtarır: “Azərbaycan danışıqlar masasında özünə inamlı və dövlət maraqlarını müdafiə etməyə qadir mövqedədir. Rusiya rmənistanın indistanda, İranda, Fransada və bütün Aİ-də İrəvanı silahla təmin edəcək, Azərbaycana diplomatik təzyiq göstərəcək, xüsusən də rmənistanın maraqlarını silah gücü ilə qoruyacaq qüvvələri tapmaq cəhdlərinə şübhə ilə yanaşır. Məhz bu kontekstdə Rusiya Xarici İşlər Nazirliyi Avropa Parlamentinin rmənistan üçün “Avropaya yol” açmaq üçün aktiv fəaliyyətini imitasiya kimi qiymətləndirir. Məncə, bu səylər heç bir əməli nəticə verməyəcək. Amma onlar, təbii ki, Rusiya ilə rmənistan arasında münasibətləri daha da gərginləşdirəcək”.

“Avropa yolunun” İrəvan üçün hansı təhlükələr yaratdığına dair sualı cavablandıran S.Tkaçenko iki əsas təhlükəni qeyd edib: “ rmənistan əvvəlcə hərbi-diplomatik, sonra isə Rusiyanın iqtisadi dəstəyini itirəcək ki, bu da onun inkişafı və mövcudluğu üçün son dərəcə əlverişsiz nəticələrə gətirib çıxaracaq. Rusiya iki əsr ərzində rmənistanın və onun xalqının təhlükəsizliyini təmin edib, tarixin müxtəlif mərhələlərində ortaq dövlətin xarici müttəfiqi və ya imperiya mərkəzi kimi çıxış edərək, bu torpağa və onun əhalisinə bilavasitə nəzarət edib. rmənistanın bu reallığı qısa zamanda dəyişməsi nəzəri cəhətdən belə mümkün deyil. Ermənistanda Rusiyanın hərbi infrastrukturunu demontaj etmək və geniş iqtisadi əlaqələr sistemini məhv etmək üçün bütün səylərin hələlik həlli bəlli olmayan kəskin böhrana gətirib çıxaracağına zəmanət verilir”.

Ermənistanın Moskvadan uzaqlaşmaq kursu götürməsində Rusiyanın Ukraynaya qarşı 2022-ci il fevralın 24-də başlanan müharibədə ciddi irəliləyişə nail ola bilməməsi də öz rolunu oynayır. Paşinyan ilk dəfə 2023-cü ilin mayında exiyanın “CNN.Prima” nəşrinə müsahibəsində açıq şəkildə bildirdi ki, İrəvan Ukraynadakı müharibədə Rusiyanın müttəfiqi deyil. Beləliklə, Qarabağ məsələsinə görə Rusiyadan incik düşən haylar tarixi müttəfiqlərinin, onlar üçün dövlət qurub-yaradan bir ölkənin kollektiv Qərblə mübarizədə qalib olmadığını görüncə, xislətlərinə sadiq qalaraq, mövqelərini 180 dərəcə dəyişdilər. İş o yerə çatıb ki, artıq Avropa Parlamenti rmənistanın Aİyə üzvlük müraciəti ilə bağlı qətnamə qəbul edir. Sənədin qəbulunun lehinə 504, əleyhinə 4 deputat səs verir, 32 deputat isə bitərəf qalır.

Ancaq Rusiya hələlik təmkin nümayiş etdirir. Müttəfiqinin bəyanatlarını “qeyri-dost” addımı kimi qiymətləndirir. Moskva ondan üz döndərən İrəvana qarşı radikal adımlar atmağa tələsmir. Təbii ki, İrəvanın real addımları qarşılığında Moskva da adekvat addımlar atacaq. Rusiyalı politoloq, iqtisad elmləri doktoru, Sankt-Peterburq Dövlət Universitetinin professoru Stanislav Tkaçenko da “Caliber.az”a müsahibəsidə deyib ki, Avropa Parlamentinin Aİ Şurasına və Avropa Komissiyasına rmənistanın Avropa İttifaqına daxil olması ilə bağlı danışıqlara başlamaq məsələsinə baxmağa çağırmaq qərarı sırf siyasi xarakter daşıyır və Rusiya ilə münaqişənin inkişaf məntiqi ilə diktə olunur. Onun sözlərinə görə, belə olan halda rmənistan Rusiyanın Cənubi Qafqaz regionunda maraqlarına xələl gətirməyə çalışan avropalı siyasətçilərin əlində alət rolunu oynayır: “ rmənistanın hazırkı liderləri, ilk növbədə baş nazir Paşinyan 2020-ci ildən, İkinci Qarabağ savaşında İrəvanın faktiki olaraq uduzmasından sonra “Avropa seçimini” öz siyasətlərinin əsas motivi edib. Belə bir qərarın nə dərəcədə rasional sayıla biləcəyi mübahisəlidir. Rusiya rmənistana yardım göstərməkdən imtina ilə bağlı bütün ittihamları əsassız sayaraq, rədd edir. Buna görə də Moskva İrəvanın 2020-2023-cü illərdəki xarici siyasət fəlakətinə görə Rusiyanı günahlandırmaq cəhdlərinə bir qədər təəccüblə yanaşır.

Ekspert bildirib ki, Aİ ilə öz münasibətlərində çətin tarixə malik olan qonşu dövlətlər (Türkiyə və İran) bundan sonra rmənistana missiyası strateji əhəmiyyətli regionda Avropanın təsirini yaymaq olan yarısuveren oyunçu kimi baxmağa başlayacaqlar: “Aİ-nin Cənubi Qafqazda təsiri heç vaxt o qədər də güclü olmayıb. Avropada mövcud olan iqtisadi və müdafiə böhranı Brüsselin Cənubi Qafqazın siyasətində, iqtisadiyyatında və təhlükəsizliyində iştirakının nisbətən kiçik səviyyələrə düşürməsinə səbəb olub. Ona görə də əsrlər boyu etibarlılığını nümayiş etdirmiş, sübut edilmiş müttəfiqindən imtina etmək İrəvanın atmağa hazırlaşdığı siyasi intihar addımıdır”.

Professor onu da qeyd edib ki, Avrasiya İqtisadi İttifaqının ümumi daxili məhsulunun 85 faizini təşkil edən Rusiya, təbii ki, onunla hibrid müharibə aparan, dost olmayan ölkələrin tərəfini açıq şəkildə tutan bir dövlətlə ortaq iqtisadi məkanda təmsil olunmağa dözməyəcək: “Rusiya bazarına çıxışın itirilməsi isə rmənistan üçün bütün üstünlüklərin itirilməsi deməkdir. ünki Rusiya bazarına mal ixracı rmənistan üçün ən vacib gəlir mənbəyidir. Belə olan halda, rmənistanın suveren dövlət kimi və onun milyonlarla vətəndaşı üçün tarixi vətən kimi qalıb-qalmaması sualı cavabsız qalacaq. Amma əminliklə qeyd etmək olar ki, Ermənistanı çətin günlər gözləyir və o, daha Rusiy a nı n k ö m ə yin ə a r x ala n a bilməyəcək ”.         

Politoloq İlyas Hüseynov isə “XQ”yə bildirdi ki, İrəvanın Avropa ilə bağlı addımları Rusiyada narazılıqla, bir sıra hallarda isə qəzəblə qarşılanır. Onun sözlərinə görə, Moskva İrəvanla bağlı ciddi götür-qoy edir: “Moskvada bir sıra ekspertlər hesab edirlər ki, rmənistanın ona iqtisadi sahədə böyük imkanlar yaradan Avrasiya İqtisadi İttifaqında üzvlüyü dayandırılmalıdır. ənnimcə, iki ölkənin qarşıdurması hərbi sahədə olmayacaq. Çünki rmənistanı reallığa qaytarmaq, ona real sosial-iqtisadi vəziyyətini göstərmək üçün Rusiyanın əlində kifayət qədər təsir vasitəsi var”. 

Müsahibimiz qeyd etdi ki, Rusiyanın rmənistana satdığı enerji daşıyıcılarının qiymətinin bahalaşması, Moskvanın bank-maliyyə və rabitə sahəsində bir sıra addımlar atması mümkündür: “ Ermənistanda dövlət idarəçilik aparatının da Avropaya, xüsusilə Fransaya uyğunlaşdırılması prosesi gedir. Paris özü də Ermənistanda idarəetmə sahəsini ələ almağa çalışır. Bu, Fransa üçün çox ciddi hədəfdir. Paris burada həm öz maraqlarını təmin etmiş olur, həm Rusiyanı regiondan çıxarmağa çalışır, həm də erməni diasporunun maraqlarını yerinə yetirmiş olur. Beləliklə, bu istiqamətdə onların maraqları həm birləşir, həm də dağıdıcı təsirə malikdir. akin bütün bunların qarşılığında Rusiyanın sərt addımları da ola bilər. Bu isə rmənistan üçün böyük təhlükələr vəd edir”.

Səxavət HƏMİD

XQ



Siyasət