Azərbaycan Texnologiya Universitetində Novruz şənliyi

post-img

Bayram tədbirində Gəncə Şəhər İcra Hakimiyyətinin Başçısı Niyazi Bayramov, digər rəsmilər, qazilər, ATU əməkdaşları və tələbələr iştirak ediblər.

Tədbirdə müxtəlif musiqi kollektivlərinin, həmçinin ATU tələbələrinin ifasında müsiqi nömrələri səsləndirilib, rəqslər ifa edilib.

Şənlik çərçivəsində universitetin həyətində Novruz adət-ənənələrini əks etdirən süfrələr açılıb, tələbələrin əl işlərindən ibarət rəsm sərgisi nümayiş olunub, eləcə də səməni müsabiqəsi və tələbələr arasında kəndirdartma yarışı keçirilib. Novruzun personajları olan Kosa və Keçəl tədbirə bayram əhval ruhiyyəsi qatıb. 

Şənlikdə tədbirin fəxri qonaqları olan qazi tələbələr və məzunlar rektor vəzifəsini icra edən Yaşar Ömərovla birgə bayram tonqalını alovlandırıblar. 

ATU əməkdaşları və tələbələri tonqal ətrafında yallı gedib, rəqs ediblər.

Hamlet Qasımov,

XQ-nin bölgə müxbiri,

Gəncə.



















Sosial həyat