Azərbaycan, Gürcüstan və Türkiyə XİN başçılarının növbəti görüşü Türkiyədə keçiriləcək

post-img

Biz razılaşdıq ki, Azərbaycan, Türkiyə və Gürcüstanın XİN başçıları arasında növbəti üçtərəfli görüş Türkiyədə keçirilsin.

Bu barədə Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili martın 15-də Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin 9-cu üçtərəfli görüşündən sonra keçirilən birgə mətbuat konfransında bildirib.

İ.Darçiaşvili vurğulayıb: “Biz müzakirələrdə birgə regional nəqliyyat layihələrinin perspektivlərinə də toxunduq. Enerji ehtiyatlarının Asiyadan Avropaya nəqlində bu üç ölkənin rolu xüsusilə əhəmiyyətlidir. Müzakirələr zamanı, həmçinin Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin yaxın vaxtlarda tam gücü ilə fəaliyyətə başlamasının zəruriliyini vurğuladıq”.

Siyasət