Nikol Paşinyan Ermənistanı, sözün əsl mənasında, NATO-nun, ilk növbədə, Rusiyaya qarşı geosiyasi oyununda Afrikadakı müstəmləkə səltənətini itirmiş və Rusiyaya hansısa yolla ziyan vurmağa çalışan Fransanın müstəmləkəsinə çevirdi.
“Caliber” xəbər verir ki, bunu Avropa Araşdırmaları İnstitutunun elmi işçisi Stevan Qayç Ermənistan mətbuatına müsahibəsində deyib.
“Zərəri erməni xalqı çəkir. Avropa İttifaqının çoxdan dağıldığı, bu təşkilatın əslində NATO-nun yalnız siyasi guşəsi olduğu və faktiki olaraq ciddi tənəzzülə uğradığı bir vaxtda namizəd statusundan danışmaq xüsusilə kinayədir.
Düşünürəm ki, əslində bu, çox acınacaqlı vəziyyətdir. Bu, Qərbin Ermənistana müstəmləkə olaraq təcavüzünün davamıdır, başqa heç nə deyil”, - Stevan Qajiç bildirib.
Rizvan FİKRƏTOĞLU
XQ