Bakıda Azərbaycan Respublikası, Türkiyə Respublikası və Gürcüstan Respublikası xarici işlər nazirlərinin 9-cu üçtərəfli görüşü keçirilir.
Heydər Əliyev Mərkəzində keçirilən görüşdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Türkiyənin xarici işlər naziri Hakan Fidan və Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili iştirak edir.
Görüşdən sonra birgə mətbuat konfransının keçiriləcəyi planlaşdırılır.