Hesab edirəm ki, Fransa, ümumiyyətlə, müsəlmanlara qarşı çox da qonaqpərvər deyil. Əslində, müsəlman icmalarını marginallaşdırmaq dövlət siyasətidir və biz onların müsəlman olan Fransa vətəndaşlarına nə etdiklərini gördük.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Böyük Britaniyanın Lester Universitetinin dosenti İdil Osman söyləyib.
“Güman edirəm ki, onların Azərbaycana qarşı müsbət mövqeləri olmayacaq. Azərbaycan çoxmədəniyyətli, çoxkonfessiyalı ölkədir. Bu, beynəlxalq aləmdə də aydındır. Düşünürəm ki, Fransa kimi ölkələr bu cür qlobal dünyagörüşünü qiymətləndirməyəcək. Çünki biz birlikdə yaşamağın yeganə yolunun Azərbaycanın göstərdiyi yanaşmadan ibarət olduğu bir dünyada yaşayırıq. Birlikdə mövcud olmağın yeganə yolu dinc, harmoniya şəklində yaşamaq, müxtəlifliyi qəbul etməkdir”, - deyə dosent bildirib.