İslamın heç də sağ və sol qanad, Qərb ideologiyası ilə uzlaşmağa ehtiyacı yoxdur. Onun öz tarixi, baxışı, ideologiyası, dəyərləri var.
AZƏRTAC xəbər verir ki, bu sözləri Aix-Marsel Universitetində İslamşünaslıq üzrə müəllim Batist Brodard Bakıda islamofobiyaya qarşı mübarizəyə həsr edilmiş beynəlxalq konfrans çərçivəsində keçirilən “Multikulturalizm, İslam və sivilizasiyaların toqquşması nəzəriyyəsi: İslamofobiyanın yenidən düşünülməsi” mövzusunda aralıq sessiyada deyib.
O bildirib ki, İslam bəşəri din kimi qəbul edilməlidir. İslam din olaraq heç bir xalqa, tayfaya aid deyil.