Beynəlxalq əlaqələr üzrə professor: İslamofobiyanın yeganə həll yolu dövlətlərin öz siyasətini dəyişdirməsidir

post-img

İslamı terrorçu din kimi təqdim edənlər dövlətlərarası yaranan münaqişələrin dinlərlə bağlı olmadığına nəzər salmalıdır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Qətər Beynəlxalq Siyasət Araşdırmaları Mərkəzinin tədqiqat direktoru, beynəlxalq əlaqələr üzrə professor Bülent Aras Bakıda islamofobiyaya qarşı mübarizəyə həsr edilmiş beynəlxalq konfrans çərçivəsində təşkil edilmiş “Multikulturalizm, İslam və sivilizasiyaların toqquşması nəzəriyyəsi: İslamofobiyanın yenidən düşünülməsi” adlı aralıq sessiyada deyib.

Multikulturalizmin sülh və əmin-amanlıqla yaşamağın tək yolu olduğuna diqqət çəkən professor qeyd edib ki, heç bir millət digərindən üstün deyil:

“İslamofobiyanın heç bir real səbəbi yoxdur. Bu, sadəcə bölücü bir siyasətin tərkib hissəsidir. Yeganə həll yolu dövlətlərin öz siyasətini dəyişdirməsidir. İslamafobiyanı tətbiq edən ölkələr bu səbəbdən gələcəkdə ciddi problemlər yaşaya bilər”.

Siyasət