Avropa Parlamentinin hesabatı Azərbaycana qarşı qarayaxmadır

post-img

Ölkəmizə qarşı müddəaların əks olunduğu “Ümumi xarici və təhlükəsizlik siyasətinin həyata keçirilməsi haqqında illik hesabatı” qətiyyətlə pisləyir və rədd edirik.

Bu sözləri XİN-in mətbuat katibi Ayxan Hacızadə Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsi tərəfindən ha­zırlanmış “Ümumi xarici və təhlükəsizlik siyasətinin həyata keçirilməsi haqqında illik hesabatı” üzrə qəbul edilmiş qət­naməyə münasibətində bildirib.

A.Hacızadə vurğulayıb ki, Azərbay­cana qarşı aparılan qarayaxma kam­paniyasının tərkib hissəsi olan, bütün faktların təhrif olunduğu, böhtan xarak­terli və tamamilə əsassız bu müddəalar Avropa İttifaqının ümumi xarici və təh­lükəsizlik siyasətinin gələcəyinə dair ciddi suallar yaradır.

“Bəyanatlarında ərazi bütövlüyü və suverenliyə hörməti aşılayan Avropa İttifaqının bir qurumu olan Avropa Par­lamentinin Azərbaycanın ərazi bütöv­lüyü və suverenliyinə qarşı nümayiş etdirdiyi bu hörmətsizlik, ölkəmizin öz suveren ərazilərində heç bir mül­ki əhalinin hədəf alınmadığı antiterror tədbirlərini pisləməsi və ərazilərimizdə separatçılığın və Ermənistanın keçmiş işğalçılıq siyasətinin təşviq olunması bir daha göstərir ki, Avropa Parlamenti üçün beynəlxalq hüquq və Avropa İtti­faqının maraqları yox, parlament üzv­lərinin şəxsi maraqları üstünlük təşkil edir”, – deyə mətbuat katibi qeyd edib.

XQ

Siyasət