XİN Berlin danışıqları barədə məlumat yayıb

post-img

Fevralın 28–29-da Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında Almaniyanın paytaxtı Berlin şəhərində danışıqlar aparılıb. 

Nazirlər və onların heyətləri arasında “Sülhün və dövlətlərarası münasibətlə­rin təsis edilməsi haqqında ikitərəfli Saziş” layihəsinin müddəaları üzrə mövqelər müzakirə edilib. Bəzi əsas məsələlər üzrə əlavə işin davam etdirilməsinə ehtiyac olduğu vurğulanıb. 

Səfər çərçivəsində, nazirlər Almaniyanın Xarici İşlər naziri Annalena Berbok ilə də görüşüblər.

Nazir Ceyhun Bayramov Azərbaycan və Ermənistan arasında danışıqlara ev sahibliyi etdiyinə görə Almaniya tərəfinə minnətdarlığını bildirib. 

***

Xarici İşlər naziri Ceyhun Bayramov Almaniyaya işgüzar səfəri çərçivəsində fevralın 29-da bu ölkənin Xarici İşlər Nazirliyinin dövlət katibi Tomas Bager ilə görüşüb.

Görüş zamanı ikitərəfli əməkdaşlıq məsələləri, eləcə də Berlində Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında aparılmış sonuncu danışıqlar barədə fikir mübadiləsi aparılıb.

Tərəflər Azərbaycanla Almaniya arasında münasibətlərin əhəmiyyətini vurğu­layıb, münasibətlərin daha da inkişaf etdirilməsində maraqlı olduqlarını diqqətə çatdırıblar. Görüşdə, həmçinin AŞPA, Aİ və digər platformalar çərçivəsində ölkə­mizə qarşı aparılan qarayaxma kampaniyasının qəbuledilməz olduğu Azərbaycan tərəfindən bildirilib. 

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un ölkəmizdə keçirilməsinin, eləcə də Almaniya İqti­sadiyyatının Şərq Komitəsinin sədrinin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkə­mizə səfərinin geniş əməkdaşlıq imkanları yaratdığı qeyd olunub. 

Qarşı tərəf Azərbaycanla Ermənistan arasında sülh prosesinin perspektivləri, aparılmış sonuncu danışıqlar barədə məlumatlandırılıb. 

***

Dünən Xarici İşlər naziri Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə yola düşüb.

Səfər çərçivəsində nazir Ceyhun Bayramovun Antalya Diplomatiya Forumunda iştirakı, “Türk dünyasında institusionallaşma: 21-ci əsrdə Türk Dövlətləri Təşkilatı” panelində çıxışı, eləcə də çoxsaylı ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.

XQ

Son xəbərlər