Azərbaycanın Ermənistana ərazi iddiası yoxdur

post-img

“İndependent Arabia“ nəşrində Azərbaycan və Ermənistan arasında sülh danışıqları və Fransanın bu prosesə təsirinə dair məqalə yayımlanıb.

Yazıda ilk olaraq Ermənistanın baş naziri Nikol Paşin­yanın bu günlərdə Fransaya rəsmi səfəri, burada dövlət başçısı Emmanuel Makron ilə görüşü və verilən bəya­natlara diqqət ayrılıb. Nəşr mövzu ilə bağlı Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovdan müsahibə alıb. E.Əmirbəyov qeyd edib ki, Azərbaycan 30 il Ermənistanın işğalı altında olmuş Qara­bağ regionunu azad etdikdən sonra yekun sülh müqavilə­sinin bağlanması üçün fürsətlər yaranıb. O, bu kontekstdə hər iki ölkənin rəhbərlərinin ən son olaraq Münxen Təh­lükəsizlik Konfransı çərçivəsində görüşlərinə işarə edib.

İkitərəfli münasibətlərin inkişafı və sülh müqaviləsinin bağlanması üçün yaranan imkanlardan, eləcə də Azər­baycan və Fransa arasında soyuq olan əlaqələrdən bəhs edən E.Əmirbəyov, hazırda Ermənistan tərəfindən xoş niyyətin nümayiş etdirilməli olduğunu vacib hesab edib. Çünki sülhün əldə olunması Ermənistanın siyasi iradəsin­dən asılıdır.

Azərbaycanın Ermənistan ərazilərinə iddialı olması kimi cəfəng fikirlərinə aydınlıq gətirərək bildirib ki, Azər­baycan sülh müqaviləsinin müsbət nəticəsi kimi bütün nəqliyyat yollarının açılmasının tərəfdarıdır. Azərbaycan və Türkiyə ilə sərhədləri bağlı saxlayan, qışda Gürcüs­tan ilə yolların keçilməz olduğu və yalnız İranla rahat ge­diş-gəlişə malik Ermənistan bu məsələdə dilemma qarşı­sındadır.

Azərbaycan rəsmisi sonda bildirib ki, sülh müqavilə­sinin bağlanması və iki ölkə arasında diplomatik münasi­bətlərin qurulması özü ilə bir çox üstünlüklər gətirə bilər və region tranzit yüklərin daşınması üçün əhəmiyyət qa­zanar. 

XQ

Siyasət