MDB-də müşahidəçi statusu təsis ediləcək

post-img

Rusiya MDB-də müşahidəçi statusunun təsis olunmasını təklif edir.

Bu təkliflə Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin MDB ölkələrinin daimi səlahiyyətli nümayəndələrinin iclasında çıxış edib.

O bildirib ki, MDB-nin Bişkekdə keçirilmiş sammitində təşkilatın nəzdində müşahidəçi və tərəfdaş statusunun təsisi üçün hüquqi baza yaradılıb.

Diplomat yaxın vaxtlarda müşahidəçi statusuna gələcək namizədlərin və digər prosedur məsələlərinin ekspertlər səviyyəsində müzakirəsinə başlanılması təklifini də irəli sürüb.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Siyasət