Dunya Miyatoviç: Xocalı haqqında yaxşı məlumatlıyam, zərərçəkənlərin hekayələrini dinləmişəm

post-img

Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın apardığı işğal siyasətinin ən dəhşətli səhifələrindən biri Xocalı faciəsidir. 1992-ci ilin fevralında Xocalıda törədilmiş soyqırımı insanlıq əleyhinə ən müdhiş cinayətlərdən sayılır. Siz Qarabağ hesabatını hazırlamaq üçün regiona səfəriniz çərçivəsində Xocalı soyqırımından salamat qurtarmış şahidlərlə, eləcə də Ermənistan ərazisindəki tarixi torpaqlarından 1980-ci illərin sonlarında deportasiya edilmiş azərbaycanlılarla görüşmüsünüz. Əgər həqiqətən obyektiv və ədalətli hesabat hazırlamaq fikriniz var idisə, bəs nə üçün həmin görüşlərlə bağlı mülahizələriniz hesabatda yer almayıb?

 Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Rafael Hüseynov qurumun İnsan haqları üzrə komissarı Dunya Miyatoviçə məhz bu sualla müraciət edib.

Sualı cavablandıran komissar deyib ki, o, Xocalı haqqında yaxşı məlumatlıyam və Azərbaycana səfəri zamanı bir çox zərərçəkənlərlə görüşüb, onların hekayələrini dinləyib. “Təbii ki, mən bütün görüşlərimi məruzədə əks etdirmək imkanında deyildim. Ancaq hər halda məruzədə bu məsələlərlə bağlı ayrı-ayrı müddəalar var. Bilirsiniz ki, mən Bosniya və Herseqovinadanam, sarayevoluyam. Ona görə də çox yaxşı anlayıram ki, lazım olan yerdə ədalətin bərqərar olmamasını görmək nə deməkdir. Ancaq indi istəyim başqadır. Arzu edirəm ki, daha çox gələcəyə baxaq. Münaqişənin hər iki tərəfinə bu çağırışı edirəm ki, sülh naminə insan haqları üzrə yol xəritəsinin tərtibi ilə əlaqədar birgə işə başlayaq”, - deyə D. Miyatoviç diqqətə çatdırıb.

Siyasət