Ermənistan MN: Rusiya silahlarının tədarükü ilə bağlı problemlər əsasən həll olunub

post-img

Silah sektorunda Rusiya şirkətləri ilə problemlər əsasən həll olunub, lakin bir sıra məsələlər hələ müzakirə olunur.

Bu barədə Ermənistan Müdafiə Nazirliyi “Azadlıq” radiosunun Ermənistan redaksiyasının yazılı sualına cavab olaraq məlumat verib.

Xatırladaq ki, “XQ”-də yanvarın 16-da dərc olunan yazıda bildirmişdik ki, Rusiya hərbi təyinatlı məhsullarından ibarət yüklər Ermənistana çatdırılıb. Bu barədə “Mülki müqavilə” partiyasından olan deputat, parlamentin müdafiə və təhlükəsizlik komissiyasının üzvü, general-leytenant Qaqik Melkonyan jurnalistlərlə söhbətində bildirmişdi. Deputat demişdi ki, bu yüklər Rusiya ilə Ermənistan arasında əvvəllər imzalanmış müqaviləyə uyğun təhvil verilib.

 

Rizvan FİKRƏTOĞLU

XQ

 

Dünya