Almanların 17 faizi hökumətdən razıdır

post-img

Almanların yalnız 17 faizi hazırkı hökumətin fəaliyyətinə müsbət münasibət bəsləyir. Bu, federal hökumətin 2021-ci ildə fəaliyyətə başlamasından bəri “Insa” İctimai Rəyi Araşdırma İnstitutu tərəfindən qeydə alınan ən pis göstəricidir. Bu barədə yanvarın 20-də “Bild am Sonntag” yazır. Məlumatı “İzvestiya.ru” verib. 

“Mövcud sorğuya görə, vətəndaşların 76 faizi və ya təxminən dörddə üçü federal hökumətin işindən narazıdır”, – jurnalistlər yazır.

2021-ci ildə keçirilən parlament seçkiləri nəticəsində partiyaların heç biri səs çoxluğu əldə etmədiyi üçün, almanların dediyi kimi, “svetofor” koalisiyası yaranıb. Koalisiyada qırmızı Almaniya Sosial Demokrat Partiyası (SPD), sarı Azad Demokratik Partiya (FDP) və Yaşıllar Partiyası birləşib. Nəticədə SPD-ni təmsil edən Olaf Şolts Almaniya Federativ Respublikasının kansleri olub.

Həmçinin, araşdırmaya görə, SPD bir faiz bəndi itirir və yalnız 15 faiz təsdiq əldə edir. Yaşıllar – 12 faiz və FDP – 5 faiz.

Sorğunun nəticələrinə görə, respondentlərin 72 faizi kansler Şoltsun işi ilə razı deyil. Qeyd olunur ki, bu, bir ay əvvəl, dekabrın əvvəli ilə müqayisədə üç bal çoxdur. Respondentlərin yalnız 20 faizə qədəri Scholtsun yaxşı iş gördüyünə inanır. Dekabrda sorğu iştirakçılarının 23 faizibelə hesab edirdi.

Araşdırma 11 və 12 yanvar tarixlərində 1002 nəfər arasında aparılıb.

 

P.ƏMİRCANOV

XQ

Dünya