Yeni nəslin uğurlarına yol açmış gənclər siyasəti

post-img

Öncə onu deyim ki, ölkəmizdə qeyd edilən “Heydər Əliyev ili” möhtəşəm uğurlarla başa çatmaqdadır. Xalqımızın və dövlətimizin bu il qazandığı uğurları sadalamaq fikrindən uzağam. Ancaq onu deməkdən məmnunam ki, ölkəmizin öz dövlət müstəqilliyini bərpa etməsindən keçən otuz iki ilin ən möhtəşəm uğurunu məhz bu il qazandıq. Doğrudur, əvvəlki illərdə də çoxsaylı uğurlara imza atmışdıq. Amma işğaldan azad edilmiş ərazilərimizin hamısında üçrəngli dövlət bayrağımızın qaldırılmasını və Xankəndidə hərbi parad keçirilməsini son bir neçə əsrdəki ən böyük qələbəmiz adlandıranlarla birmənalı şəkildə razıyam. 

Ölkəmizdə 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi haqqında Prezi­dent İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli sərəncamının icrasına gəlincə isə mən çalışdığım ali məktəbin nümunəsin­də deyə bilərəm ki, bu əlamətdar yubileyi layiqincə qeyd etməyən nəinki hansısa dövlət qurumu, təhsil müəssisəsi, hətta bir fakültəmiz də qalmadı. Yəni ölkədə bu əlamətdar il elliklə qeyd edildi. Daha doğ­rusu, bu münasibətlə keçirilən tədbirlər hələ davam edir. 

Onu da xüsusilə vurğulamaq zərurəti var ki, ölkəmizin bütün ərazilərində suve­renliyimizin bərpa edilməsi faktı Ulu ön­dərin 100 illiyinin və cənab İlham Əliyevin dövlət başçısı seçilməsinin 20 illiyinin qeyd edildiyi təqvim ilinə düşdü. Fikrimcə, bu bir təsadüf deyil, İlahi ədalətin təsdiqidir. Çün­ki Heydər Əliyev dövlət müstəqilliyimizə əbədilik qazandırmış, bizi vətəndaş müha­ribəsinin astanasından qaytarmış, Prezi­dent İlham Əliyev isə Azərbaycanı dünya­nın aparıcı dövlətlərindən birinə çevirmiş və xalqımızın möhtəşəm qələbələrinə imza atmışdır. Yəni, adıçəkilən misilsiz zəfərin məhz bu ilə düşməsi mükəmməl bir ədalət nümunəsidir. 

Onu da qeyd etmək vacibdir ki, həm Ulu öndər Heydər Əliyev, həm də Prezi­dent İlham Əliyev istənilən qələbəmizin qazanılmasında gənclərin daha böyük xidməti olduğunu dönə-dönə vurğula­mışlar. Daha doğrusu, ölkə gəncliyi on­ların çağırışlarına cavab olaraq, daha mütəşəkkil şəkildə təşkilatlanmış, birləş­miş və qarşıya qoyulan vəzifələrin öhdə­sindən şərəflə gəlmişdir. 

Bu barədə danışanlar və ya yazanlar Ulu öndərin ölkədə siyasi hakimiyyətə qayıdışından sonra öncə elm ictimaiyyə­tinin nümayəndələri ilə, sonra isə gənclər təşkilatlarının təmsilçiləri ilə görüşməsi­ni, Gənclər forumunun keçirilməsini, bu siyasətin mərkəzləşdirilməsi məqsədilə Gənclər və İdman Nazirliyinin yaradılma­sını, eləcə də, sonrakı tədbirləri dəfələrlə xatırladıblar. Ona görə də, mən başqa bir məqamı yada salmaq istəyirəm. 

Belə ki, Ulu öndər Heydər Əliyev 2003-cü il oktyabrın 1-də növbəti prezident seçkilərində ona səs verəcəyini müəyyən etmiş seçicilərin İlham Əliyevə səs vermə­sini istəyərək, xalqa ünvanladığı tarixi mü­raciətdən cəmi iki həftə sonra ölkə gənc­liyinə başqa bir müraciət göndərmişdi. Fikrimizi bir az da dəqiqləşdirək. 

Azərbaycan Respublikası gənclərinin üçüncü forumuna (13 oktyabr 2003-cü il) məktub göndərən Ulu öndər yazırdı: “Bu gün Azərbaycan Respublikası öz tarixinin şərəfli və mürəkkəb dövrünü yaşayır... XXI əsrdə müstəqil Azərbaycanın inki­şafı naminə görüləcək bu əzəmətli işlə­rin həyata keçirilməsinin əsas ağırlığı və məsuliyyəti isə bugünkü gənclərin üzə­rinə düşür. İnanıram ki, zəngin və dərin mənəviyyata sahib, vətənpərvər gəncliyi olan xalqımızın daha böyük, daha parlaq gələcəyi var. Ona görə də Azərbaycanı, Azərbaycan dövlətçiliyini yaşatmaq, onu qüdrətli etmək üçün siz, yüksək amallı Azərbaycan gəncləri daim hazır olma­lısınız”. Yəni, böyük dövlət xadimi ölkə gəncliyini böyük amallar uğrunda səfər­bər edirdi. 

Həmin səfərbərliyin hansı nəticələr verdiyini isə Prezident İlham Əliyevin 2023-cü il mayın 10-da ölkə əhalisinə Şuşadan ünvanladığı müraciətdə daha aydın şəkildə gördük. Dövlət başçımız qeyd etmişdi ki, Heydər Əliyevin müstəqil Azərbaycanın Prezidenti kimi misilsiz xid­mətləri vardır. Məhz onun qoyduğu yolla bu gün Azərbaycan uğurla gedir. Burada onun fəaliyyəti təkcə iqtisadi islahatlarla məhdudlaşmırdı. Milli-mənəvi dəyərlə­rin qorunmasında onun çox böyük rolu olmuşdur, gənc nəslin vətənpərvərlik ru­hunda yetişməsində çox böyük rolu ol­muşdur. Məhz onun təşəbbüsü ilə 1996-cı ildə Azərbaycanda birinci Gənclər Foru­mu keçirilmişdir. O vaxtdan bu günə qə­dər müntəzəm olaraq Gənclər forumları keçirilir. Qarabağı, Zəngəzuru azad edən məhz gənclər olmuşdur, ovaxtkı gənclər və son 20 il ərzində yetişmiş gənclər. 

Başqa bir fakt. Ulu öndər Heydər Əli­yev 2002-ci il iyunun 17-də Cəmşid Nax­çıvanski adına Hərbi Liseyin Naxçıvan filialında kursantlarla görüşdəki nitqində demişdir: “Əziz balalar, əziz övladlar! Mən hələ 30 il bundan öncə və ondan sonra­kı illərdə hər il Naxçıvanski adına hərbi məktəbə gedərkən qarşımda 14, 15, 16 yaşlı gəncləri, onların hərbi marşla sıra ilə addımlamalarını görürdüm. Oradan qayı­darkən həmişə böyük təəssüratlar içində olurdum. Mən bu gün də sizi görərək, sizə baxaraq bu hissiyyatları keçirirəm. Mən sizə baxaraq Azərbaycanın gözəl gələ­cəyini görürəm. Azərbaycanın gələcəyi gənclərə məxsusdur. Biz Azərbaycanın gələcəyini gənclərə etibar edirik”. 

Bəli, o böyük dövlət xadimi ölkəmizin gələcəyini gənclərə etibar etdi və gənclə­rimiz də həmin etimadı yüksək səviyyədə doğrultdular. 

Mən məmnunam ki, bir gənc olaraq həm Ulu öndərin, həm də cənab Prezi­dentin bizim qarşımıza qoyduğu vəzifələ­rin icrasına bacardığım qədər töhfələr verə bilmişəm. Belə ki, hələ Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə kredit” fakültəsində oxuduğum illərdən universitetin və ölkəmizin ictimai-sosial həyatında yaxından iştirak etmiş, 2013-cü ildə prezident seçkiləri, 2015-ci ildə Milli Məclis və 2018-ci ildə yenə də pre­zident seçkilərindəki fəaliyyətimə görə YAP Səbail rayon təşkilatı adından fəxri fərmanlarla təltif olunmuşam. 2013-cü il­dən Yeni Azərbaycan Partiyasının üzvü­yəm. 2021-ci ildə Prezident İlham Əliye­vin sərəncamı ilə təşkil olunan I Yüksəliş müsabiqəsindəki uğurlara görə “Fəxri fərman”la təltif olunmuşam. 2022-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Həmkarlar İttifaqı Komitəsinin sədri və­zifəsinə seçilmişəm. 

Ulu öndər biz gənclərə idmanla mə­ğul olmağı da tövsiyə edirdi. Fəxr edirəm ki, həmin çağırışa cavab olaraq, idman sahəsinə verdiyim müəyyən töhfələrə görə. Azərbaycan Respublikası Univer­sal Döyüş Növləri Federasiyasının idarə heyətinə üzv seçilmişəm. 2022-ci ildən “Davam” Gənclər Hərəkatının “Ali təhsil müəssisələri ilə əlaqələndirmə mərkə­zi”nin rəhbəri və eyni zamanda, sədrin müşaviniyəm. 2023-cü ildən Gənc MÜ­SİAD (Müstəqil və sənayeçi iş adamları dərnəyi) İdarə Heyətinin üzvüyəm. Eləcə də, 50-dən çox beynəlxalq tədbirdə və konfranslarda iştirak etmiş, xeyli sosial layihələrin universitetdə həyata keçirilmə­sinə nail olmuşam. 

Yəni, xalqımızın böyük liderinin ölkə gəncləri qarşısında qoyduğu vəzifələrin bəzilərinin öz həyatımda reallaşdırılması­na nail olmuşam. Fikrimcə, bütün bunlar bir gəncin “Heydər Əliyev ili”nə verdiyi töhfələr kimi qəbul edilə bilər. 

Rüfət SÜLEYMANLI,
Azərbaycan Dövlət İqtisad Universiteti Həmkarlar İttifaqı Komitəsinin sədri

Siyasət