“Növbətənkənar adlandırılsa da, fikrimcə, bu seçki elə zamanında təyin olunub. Bu, elə vaxtdır ki, ölkəmiz ərazi bütövlüyünü təmin edib, ölkə daxilində etnik separatizm ocaqların tam şəkildə söndürülüb. Düşünürəm ki, xalq İlham Əliyevi yenidən prezident seçəcək”.
Bu fikirləri “Xalq qəzeti”nə siyasi şərhçi Aydın Quliyev növbədənkənar prezident seçkilərini şərh edərkən dedi.
Aydın Quliyev bildirdi ki, bu seçki ilə ölkə tariximizin yeni mərhələsi başlayacaq. Bu, məzmunca mənə 1993-cü ildə keçirilmiş prezident seçkilərini xatırladır: “O vaxt dövlətimiz üçün olduqca çətin zamanlar idi və xalqın təkidli tələbi ilə Heydər Əliyev hakimiyyətə gəldi. Yaxşı ki, hakimiyyətə Heydər Əliyev gəldi. İndi də dövlətimizin hazırkı gücünü, imicini qoruyub saxlaya biləcək tək lider İlham Əliyevdir. Bu gün İlham Əliyevə alternativ yoxdur”.
Siyasi şərhçi qeyd etdi ki, seçkinin bütün suveren Azərbaycan ərazisində keçirilməsi isə bütöv Azərbaycanın müstəqilliyinin göstəricisidir.
“Ərazilərimizin işğaldan azad edilməsinin, Azərbaycanın bərpa olunmuş suverenlinin memarı isə İlham Əliyevdir. Hələ qarşıda görüləsi çox işlər var və bu işləri İlham Əliyev hamıdan yaxşı görə bilər”, - deyə A.Quliyev fikirlərinə yekun vurdu.
Rizvan FİKRƏTOĞLU
XQ