Meksikada çəyirtkə tüğyan edir

post-img

Meksika səmasında yeni çəyirtkə növləri peyda olub. Sinançe şəhərinin sakinləri səmada çoxlu sayda çəyirtkə gördüklərini bildiriblər.

Bu barədə Meksikanın yerli informasiya kanalları məlumat yayıb.

Pəncərədən bayıra baxanda insanlar bağçalarındakı meyvə ağaclarının yarpaqlarının tər-təmiz yeyildiyini, limon, portağal və digər meyvələrin gəmirilmiş vəziyyətdə otun üzərinə düşdüyünü görüblər. Çəyirtkələr qarşılarına çıxan bütün yaşıllığı yeyib bitiriblər. Bitki örtüyü az olduğundan, ac çəyirtkə sürüsü ağaclar, kollar və çiçəklərlə qidalanmaq üçün şəhər ərazilərinə köç edib.

Sosial şəbəkə istifadəçiləri bu hadisəni yaxın zamanlarda dünyanın sonunun yaxınlaşacağı ilə əlaqələndiriblər.

Qeyd edək ki, müqəddəs kitablarda (Quran, İncil, Tövrat) çəyirtkələr Misirə göndərilən 10 bəladan səkkizincisi kimi göstərilir.

FİDAN 
XQ

 

Dünya