Gənəgərçək – ağrıyan yerə çək

post-img

Sovet dövrünün məşhur qəpik-quruşluq gənəgərçək yağı rus xalqlarının qışda dadına çatan vasitə olub. Bu yağdan hər il qış fəslində istifadə etmək lazımdır.

Gənəgərçək yağı insana müxtəlif problemlərinin aradan qaldırılmasına kömək edir:

1. Əvvəla, yağ dərini bərpa edir, soyuqdan qoruyur. Qışda əllərin dərisi havanın sərtliyindən qabıqlanır, qızarır, iltihablanır. Gənəgərçək yağı onun təbii baryerini, elastikliyini bərpa edir. Eləcə də, dezinfeksiyaedici təsir göstərib səpkiləri, göbələk infeksiyalarını müalicə edir.

2. Təbii işlədicidir. Gənəgərçək yağı həm uşaqlar, həm böyüklərdə qəbizliyə qarşı təbii vasitədir. Eləcə də ishal, ürəkbulanma, qarın nahiyəsindəki ağrılarda həm daxilə qəbul edilir, həm xaricə istifadə olunur.

3. Saç, qaş tökülməsinə qarşı faydalıdar. Yağ tük follikullarını aktivləşdirir, tökülən tüklərin və saçların yerinə yenilərinin əmələ gəlməsini sürətləndirir.

4. Ayaq, oynaq ağrılarını azaldır. Bütün limfa sisteminə təsir edərək, toksin və zərərli qalıqları çıxarır. Bu yağın artrit və artrozlar ağrılarında təsiri  sübut olunub. 

5. Gənəgərçək yağı babasil, hematoma və müxtəlif dəri yaralarını, yanıqları sağaldır.

Z.HÜSEYNLİ
 XQ

 

Sosial həyat