Türkiyənin vitse-prezidenti: Azərbaycan indi Qarabağın hər guşəsində öz bayrağını sancıb

post-img

“Qarabağ uzun illər davam edən işğaldan sonra azad edildi. Azərbaycan indi Qarabağın hər guşəsində öz bayrağını sancıb. Buna görə də onu təbrik edirik”.

Bu fikirləri Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz deyib.

“Hər zaman Azərbaycanla bir olmuşuq, bundan sonra da eyni yolda davam edəcəyik. Biz Türkiyə Cümhuriyyəti olaraq hər zaman Azərbaycanla bir olmuşuq. Bundan sonra da eyni yolda davam edəcəyik”, - deyə Cevdet Yılmaz vurğulayıb.

O, qeyd edib ki, Türkiyə beynəlxalq hüquqa, əxlaqa, vicdana, mərhəmətə uyğun hərəkət edərək, başqalarının hüquqlarımızı və qanunlarımızı heç bir şəkildə pozmasına icazə verməyəcəyik”.

 

Rizvan FİKRƏTOĞLU

XQ

 

Siyasət