Sabah voleybol üzrə ilk qarşılaşmalar olacaq

post-img

Voleybol üzrə kişilər arasında 2023-2024-cü illər mövsünündə Azərbaycan çempionatının ilk oyunu noyabrın 16-da baş tutacaq. 

XQ Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə istinadən bildirir ki, həmin gün 1-ci tur çərçivəsində “Neftçi” və “Murov Az Terminal” klubları üz-üzə gələcəklər. Qarşılaşma 15:00-da başlayacaq. Ardınca saat 17:30-da isə “AZERRAIL” və MOİK komandaları görüşəcəklər. 

Qeyd edək ki, turun və kişilər arasında ölkə çempionatının ilk qarşılaşması “Neftçi” - “Murov Az Terminal” “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq. 

 

Hər iki görüş GİN-nin Voleybol Mərkəzində keçiriləcək.

 

Elçin ABBASOV

XQ

İdman