“Azərbaycan və Türkiyə hər zaman bir-birinin sevincini və kədərini bölüşür. Qardaş Azərbaycanla əməkdaşlığı davam etdirəcəyik. Bu, müasir reallıqlarda xüsusilə vacibdir”.
Bu fikirləri Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Mehmet Özhaseki Bakıda türk əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edərkən deyib.
Qeyd edək ki, Mehmet Özhaseki Bakıda keçiriləcək Türk Dünyası II Meteorologiya Forumunda iştirak etmək üçün Azərbaycanda səfərdədir.
Rizvan FİKRƏTOĞLU
XQ