Rəsmi Bakının Makronun əsassız və qərəzli iddialarına cavabı

post-img

Oktyabrın 27-də Fransa prezidenti Emmanuel Makronun Avropa İttifaqı Şurasının Brüsseldə keçirilmiş iclası çərçivəsində Azərbaycana qarşı səsləndirdiyi əsassız və qərəzli iddialarını qətiyyətlə pisləyir və rədd edirik.

Bu barədə Xarici İşlər Na­zirliyinin açıqlamasında bildi­rilib. 

Diqqətə çatdırılıb ki, onil­liklər ərzində vasitəçi olarkən ölkəmizin 20 faiz ərazisinin Ermənistan tərəfindən işğalı­na göz yuman və ərazilərimiz­də separatizmi təşviq edən Fransanın Azərbaycan tərəfini Ermənistanın ərazi bütövlüyü və suverenliyinə təhdid yarat­maqda ittiham etməsi gülünc və qəbuledilməzdir. Fransa heç vaxt uğurlu vasitəçilik səyləri aparmayıb və onun keçmiş Ermənistan-Azərbay­can münaqişəsinin həlli üzrə vasitəçiliyi Minsk qrupu ilə birlikdə başa çatıb.

Eynilə, beynəlxalq öhdəliklərə, o cümlədən, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə uyğun olaraq Azər­baycanın dəfələrlə Ermənistan silahlı qüvvələrinin çıxarılmasına, qondarma erməni rejiminin ləğvinə dair çağırışlarına baxmayaraq, Fransa tərəfi Ermənistanı bey­nəlxalq hüququn norma və prinsiplərinə uyğun hərəkət etməyə təşviq etmək üçün heç bir iş görməyib. Fransa Ermə­nistana yalan vədlər vermək əvəzinə, Ermənistana düzgün istiqamət versəydi Azərbayca­na qarşı olan təhdidi güc yolu ilə həll etməyə ehtiyac olmaz­dı və məsələ sülh yolu ilə həll olunardı. 

Fransa bölgəmizdə sülh və sabitliyə mane olan təcavüz­kar Ermənistanı dəstəkləmək və silahlandırmaq məqsədi daşıyan məkrli siyasətinə son qoyma­lıdır.

Siyasət