Azərbaycanın və Rusiyanın XİN başçılarının regionda sülh məsləhətləşməsi

post-img

Oktyabrın 28-də Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov ilə Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.

Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsindən bil­diriblər ki, söhbət zamanı nazirlər Azərbaycanla Rusiya ara­sında əməkdaşlıq məsələləri, Azərbaycan–Ermənistan sülh prosesinin perspektivlərini, eləcə də bölgədəki cari vəziyyəti müzakirə ediblər.

Eyni zamanda, Azərbaycan ilə Ermənistan arasında su­verenlik, ərazi bütövlüyü çərçivəsində münasibətlərin nor­mallaşdırılmasının və bölgədə davamlı sülhün bərqərar edil­məsinin vacibliyi vurğulanıb.

Telefon danışığı zamanı, həmçinin digər məsələlər ətra­fında fikir mübadiləsi aparılıb.

Son xəbərlər