Milli Məclisin deputatları PAİ-nin 147-ci Assambleyasında

post-img

Anqolanın paytaxtı Luandada oktyabrın 23-dən 27-dək davam edən Parlamentlərarası İttifaqın (PAİ) 147-ci Assambleyası işini başa çatdırıb. Milli Məclisin deputatları tədbirdə iştirak ediblər. 

Parlamentin Mətbuat və ictimaiy­yətlə əlaqələr şöbəsindən bildiriblər ki, oktyabrın 25-də PAİ-nin 147-ci As­sambleyası çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Qoşulmama Hərəkatı Par­lament Şəbəkəsinin (QHPŞ) növbəti görüşü keçirilib. İclasda Azərbaycanın sədrliyi ilə Qoşulmama Hərəkatının ins­titusional inkişafı istiqamətində həyata keçirilən mühüm tədbirlər barədə məlu­mat verilib, qurumun gələcək institusi­onal inkişafı, beynəlxalq əlaqələri, üzv ölkələr arasında əməkdaşlığın təşviq olunması istiqamətində çoxşaxəli fəa­liyyət istiqamətləri və digər maraq do­ğuran məsələlər barədə danışılıb.

Azərbaycan parlamenti tərəfindən təşkil olunan görüşdə 30 ölkədən 80-ə yaxın nümayəndə iştirak edib. İclasda çıxış edən üzv ölkələrin parlament nü­mayəndə heyətlərinin təmsilçiləri Azər­baycanın QHPŞ-də sədrliyinin fəaliyyə­tini yüksək qiymətləndirərək, Parlament Şəbəkəsinin qlobal parlament dialoqu­nun təşviqində, parlament diplomati­yasının inkişafında oynadığı mühüm rolundan danışıblar.

Xatırladaq ki, Parlamentlərarası İtti­faqın 147-ci Assambleyasında 130-dan artıq ölkə parlamenti və 20-dən artıq beynəlxalq təşkilatın nümayəndələri iş­tirak edib. 

Nümayəndə heyətinin üzvləri PAİ-nin daimi komitələrinin və digər qu­rumların iclaslarında da iştirak ediblər, gündəlikdə duran mövzulara dair mü­nasibət bildiriblər, bir sıra məsələlərlə bağlı ölkəmizin mövqeyini təqdim edib­lər.

Deputatlar Sevil Mikayılova, Kam­ran Bayramov, Əminə Ağazadə, Səbinə Xasayeva qurumun müxtəlif bürolarına, Şahin İsmayılov isə Gənc parlamenta­rilər Forumunun idarə heyətinə üzv se­çilib. 

Oktyabrın 27-də PAİ-nin yeni pre­zidenti vəzifəsinə seçkilər keçirilib və Tanzaniya Milli Assambleyasının sədri Tulia Akson qalib olub.

Son xəbərlər