Kolumbiyada “Qarabağa həyat qayıdır” mövzusunda təqdimat

post-img

Kolumbiyanın nüfuzlu təhsil ocağı olan Santo Tomas Universitetində Türkiyə Respublikasının 100 illiyinə həsr olunmuş beynəlxalq simpozium çərçivəsində “Qarabağa həyat qayıdır: Nailiyyətlər və çağırışlar” mövzusunda təqdimat keçirilib. Azərbaycanın və Türkiyənin Kolumbiyadakı səfirliklərinin, o cümlədən, Maarif Vəqfinin təşkilatçılığı ilə baş tutmuş tədbirdə bu ölkədə akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, akademik dairələrin nümayəndələri və tələbələr iştirak ediblər.

Azərbaycanın Meksikadakı səfirli­yindən bildiriblər ki, təqdimat zamanı Azərbaycanın dövlətçilik tarixinə qısa nəzər salınıb, cəmi 23 ay mövcud ol­muş Azərbaycan Xalq Cümhuriyyəti­nin müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhə­miyyətli təsir göstərdiyi qeyd edilib. Bildirilib ki, 1991-ci ildə müstəqilliyi­nin bərpasından sonra müxtəlif so­sial-iqtisadi problemlər, siyasi qarşı­durmalar və xüsusilə erməni işğalının ağır nəticələri ilə üzləşən Azərbaycan Ümummilli lider Heydər Əliyevin zəka­sı, uzaqgörən daxili və xarici siyasə­ti nəticəsində bütün çətinlikləri dəf edərək, yeni inkişaf dövrünə qədəm qoyub, bu gün mühüm beynəlxalq nəqliyyat-enerji qovşağına çevrilib. Müasir Azərbaycan tarixinin Ulu ön­dərin adı ilə bağlı olduğu və xalqımı­zın öz xilaskarının yüzillik yubileyini böyük ehtiram və təntənə ilə qeyd etdiyi, 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan olunduğu diqqətə çatdırılıb.

Təqdimatda Azərbaycan əraziləri­nin işğalına son qoyulması və suveren­liyimizin tam bərpası ilə regionda sülh üçün unikal tarixi imkan yarandığı, iki ölkə arasında sülh sazişinin bağlanma­sı və dövlət sərhədlərinin müəyyənləş­dirilməsi, eləcə də Zəngəzur dəhlizinin açılmasının bölgədə əmin-amanlığın təminatını şərtləndirəcəyi və iqtisadi di­videndliyi artıracağı vurğulanıb.

Son xəbərlər