Oktyabrın 7-də Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) növbədənkənar Böyük Qurultayı keçirilib.
Anadolu Agentliyi xəbər verir ki, qurultayda partiya sədrliyinə seçkilər baş tutub.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 1399 etibarlı səslə yenidən Ədalət və İnkişaf Partiyasının sədri seçilib.