Rusiyadan Özbəkistana qaz nəqlinə start verildi

post-img

Rusiya, Qazaxıstan və Özbəkistan prezidentləri Vladimir Putin, Kasım-Jomart Tokayev və Şavkat Mirziyoyev Rusiya qazının Özbəkistana nəqlinə start veriblər. Məlumatı “İnterfaks.ru” verib. 

Bununla bağlı tədbirdə Putin deyib: “Bu, keçən əsrin 60-cı illərində hazırlanmış iri üçtərəfli layihənin reallaşdırılması üçün yaradılmış “Orta Asiya-Mərkəz” qaz kəməridir. Özbəkistan onun vasitəsilə 8 müttəfiq respublikanı təchiz edərdi. İndi o, Qazaxıstan və Özbəkistanın artan iqtisadiyyatını təmin edəcək. Qazaxıstan özünün şimal və qərb regionlarını da qazlaşdıra bilər”. 

Tokayev ölkəsinin nəql potensialından tam istifadədə maraqlı və Rusiya qazının nəqlini artırmağa hazır olduğunu bildirib. 

Özbəkistan Prezidenti bəyan edib ki, ölkəsi mövcud sahədə uzunmüddətli tərəfdaşlığı inkişaf etdirməyə hazırdır. 

P.ƏMİRCANOV
XQ

Dünya