Cənubi Qafqaza sülhü Azərbaycan gətirəcək

post-img

İttifaq MİRZƏBƏYLİ
[email protected]

Bu gün Cənubi Qafqazın sülhə ehtiyacı heç zaman olmadığı qədər böyükdür. Çünki planetin bir çox siyasi dairələrinin iqtisadi maraqları məhz burada kəsişir. ABŞ, Rusiya, Qərb ölkələri, İran, Hindistan, eləcə də bir çox başqa dövlətlər burada sülhün bərqərar olunmasını istəyir və … çalışırlar. Ancaq hər kəs bizim regiona özünə sərf edən bir sülh gətirilməsi variantı üzərində işləyir. Xüsusən, Fransa açıq şəkildə çalışır ki, Cənubi Qafqaz bilavasitə Parisin istədiyi şəkildə idarə edilsin. 

Təbii ki, bu, əraziləri otuz il işğal altında qalmış, sərvət­ləri talan edilmiş, milyardlarla dollar iqtisadi ziyan görmüş, on minlərlə şəhidi və itkini olan Azərbaycana qətiyyən sərf eləmir. Azərbaycan ədalətli müharibə apardığı kimi, ədalətli sülhə də nail olmaq istəyir və olacaq. Onu da xatırladaq ki, yuxarıda adını çəkdiyimiz siyasi dairələrin bəziləri bizim regionda suyu bulandırmaqla öz maraqlarını təmin etməyə çalışsalar da, bəziləri Ermənistana himayədarlıq etmək məqsədilə, İrəvanın istədiyi şəkildə sülh arzulayırlar. Bu prosesdə Azərbaycan da tək deyil. Türkiyə, Pakistan, İsrail və Gürcüstan dövlətləri, elə­cə də bəzi Avropa qurumları, Rusiyadakı müəyyən siyasi da­irələr, İrandakı on milyonlarla soydaşımız Azərbaycanın haqq işini dəstəkləyənlər sırasındadır. 

Həm dövlət başçımızın, həm də xalqımızın qətiyyəti belə­dir ki, rəsmi Bakı Cənubi Qafqaza məhz ədalətli, beynəlxalq hüququn prinsiplərinə əsaslanan, Azərbaycan dövlətinin ma­raqlarına, xalqımızın mənafeyinə cavab verməyən sülhə imza atmayacaq. Cənab Prezident dəfələrlə bəyan edib ki, bizi heç kəs, heç bir qüvvə öz yolumuzdan döndərə bilməyəcək. Biz Cənubi Qafqaza məhz qalib Azərbaycanın şərtləri əsasında sülh gətirilməsini təmin edəcəyik. 

… Bəlkə də indi xatırladacağım fakt etik baxımdan o qədər də məqbul sayılmayacaq. Amma yazmamaq da olmur. Daha doğrusu, son otuz ildə, xüsusən 44 günlük İkinci Qarabağ müharibəsindən sonra beynəlxalq aləmdə şahidi olduğumuz proseslər bu arqumenti dilə gətirmək zərurəti yaradır. Elə bi­zim hərbi sənayeçilər hazırladıqları yeni silaha “İtiqovan” adı verəndə də məhz mənim indi düşündüyüm kimi düşünmüş­dülər. Belə ki, Türkiyədəki elmi-kütləvi verilişlər hazırlayan telekanallardan biri öz tamaşaçılarına Efiopiyanın yüksək dağ­lıq ərazisində yaşayan sarı canavarların həyatını əks etdirən olduqca maraqlı bir veriliş təqdim etdi. 

Süjetdən məlum oldu ki, bu canavar sürüsü ilə boğuşan ev itindən vəhşilərin birinə hansısa virus keçmişdir. Bu elə bir virus imiş ki, olduqca sürətlə yoluxur və heyvanların canını alırmış. O boyda canavar sürüsü yavaş – yavaş məhv olur. Cəmiyyət­dəki ermənilik virusu da onların havadarlarına necə yoluxubsa, hər gün həmin virusdan əziyyət çəkən ermənipərəstlərin bir neçəsi ya ağlını itirir, ya rəzil olur, ya da özü-özünü ifşa edərək məhvə doğru gedir. 

Məhz həmin ağlını itirməkliyin nəticəsidir ki, Fransadakı hansısa şəhər rəhbərləri (merlər) Avropanın o biri başından “humanitar yardım” yüklənmiş “tır”ları Ermənistan – Azərbay­can sərhədində yaradılmış Laçın nəzarət-buraxılış məntəqə­sinə göndərməyə hazırlaşırlar. Bəzi ekspertlər deyirlər ki, cəhənnəmə kimi göndərirlər. Qoy gəlib onlar da İrəvandan göndərilmiş “Spayka” “tır”larının yanında dayansınlar. 

Bəzi ekspertlər deyirlər ki, Paris elə yardım göndərəndirsə, Afrikadakı işğal etdiyi ölkələrin ac-yalavac əhalisinin qayğısı­na qalsın. Nigerdə onların siyasəti tamamilə iflasa uğramaq­dadır. Digər ekspertlər soruşurlar ki, Fransa rəhbərliyi son üç-dörd ildə ölkə daxilində – məhz Yelisey sarayının səhvlə­ri üzündən milyonlarla insan üçün yaranmış problemləri həll etdimi ki, Qarabağdakı 20-30 min separatçıların qayğısına qalmağa çalışır? 

Amma bu məsələ ilə bağlı ən kəsərli və qətiyyətli arqumen­ti cənab Prezident İlham Əliyev səsləndirmişdir. Dövlət başçı­mız demişdir ki, əgər rəsmi Paris erməniləri o qədər istəyirsə, onda Marseldə onlara muxtariyyət versinlər, bizim ərazilərimiz­də yox. Biz onlara öz ərazilərimizdə dövlət yaratmaq üçün bir dəfə icazə də vermişik, ərazi də. İndi artıq bizim ərazilərimizdə ikinci erməni dövləti yaradılmasına imkan verməyəcəyik. Dün­ya ictimaiyyəti bunu bilməlidir. 

Son günlər eşidirik ki, ermənilik xəstəliyinə yoluxanların bəziləri yenidən BMT Təhlükəsizlik Şurasının əsəbləri ilə oy­namağa cəhd edirlər. Amma əbəs yerə. Onlar bir neçə həftə əvvəl də çox böyük həvəs və ümidlə Nyu-Yorka toplaşmışdılar. Azərbaycan diplomatiyası onları ABŞ-dan “əli ətəyindən uzun” qaytardı. İndi yenə də həmin aqibəti yaşayacaqlar. Hətta, ya­şamasalar, orada nəyəsə nail olsalar belə, düzüb-qoşduqları həmin sənəd adi kağız parçası kimi heç bir əhəmiyyət kəsb etməyəcək. Çünki Ermənistan artıq beynəlxalq ictimaiyyətin orqanizmində yaranmış əziyyət verən onkoloji şişə çevrilib. 

Azərbaycan Prezidenti İlham Əliyev avqustun 26-da Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyinin və Prezidentin Laçın rayonunda Xüsusi Nümayəndəliyinin təş­kilatçılığı ilə Laçın şəhərində –Həkəri çayının sahilində keçi­rilən “Laçın Şəhəri Günü” tədbirindəki çıxışında xatırlatdı ki, heç kim bizim iradəmizə təsir edə bilməz: “Bunu biz müha­ribə dövründə göstərmişik, 44 gün ərzində ancaq və ancaq irəli gedərək, düşməni məhv edərək, bayrağımızı qaldıraraq göstərmişik. Müharibədən sonra keçən 3 ilə yaxın müddətdə də bunu sübut etməyə məcburuq. Çünki bizə qarşı aparılan kampaniya, çirkin təbliğat bizim iradəmizə təsir edə bilməz, bizi yolumuzdan döndərə bilməz. Haqq-ədalət bizim tərəfimiz­dədir, beynəlxalq hüquq bizim tərəfimizdədir, biz heç kimdən qorxmuruq və bunu göstərmişik, həm döyüş meydanında, həm siyasi müstəvidə. Ermənistanın havadarları bunu nə qədər tez anlasalar, o qədər də Ermənistan üçün yaxşı olacaq və bölgə üçün yaxşı olacaq”.

Siyasət