Kişi voleybolçular arasında Yüksək Liqanın yeni mövsümünə start verilib

post-img

Kişi voleybolçular arasında Yüksək Liqanın 2025/2026-cı illər mövsümünə start verilib.

XQ xəbər verir ki, FHN-nin idman zalında keçirilən açılış oyununda “Neftçi” komandası “Ordu” klubu ilə qarşılaşıb. Daha sonra “Murov Az Terminal” və “Azərreyl” komandaları üz-üzə gəlib.

Gərgin idman mübarizəsi şəraitində keçən oyunlarda “Neftçi” komandası “Ordu” klubunu 3:0 hesabı ilə, “Murov Az Terminal” isə “Azərreyl”i 3:2 hesabı ilə məğlub edib.

I turun “Gənclər” – “Xilasedici” qarşılaşması isə Azərbaycan Voleybol Federasiyasına ünvanlanmış müvafiq müraciətə əsasən təxirə salınıb. Bu oyunun keçiriləcəyi tarix barədə əlavə məlumat veriləcək.

Kişilərin Azərbaycan çempionatında 6 komanda – “Azərreyl”, “Murov Az Terminal”, “Xilasedici”, “Neftçi”, “Ordu” və “Gənclər” iştirak edir. Oyunlar dairəvi sistem üzrə ev-səfər prinsipi ilə iki dövrədə keçiriləcək. İki dövrənin yekununda turnir cədvəlində ilk dörd pillədə qərarlaşacaq komandalar pley-off mərhələsinə vəsiqə qazanacaq.

İdman