Azərbaycan etibarlı yatırım məkanıdır

post-img

Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 il ərzində həyata keçirilən iqtisadi siyasət, aparılan islahatlar nəticəsində respublikada güclü iqtisadi potensial mövcuddur. Geniş müasir infrastruktur qurulması, yüzlərlə müasir müəssisənin fəaliyyətə başlaması da bunun nəticəsidir. 

Yaradılan əlverişli biznes və investisiya mühiti, Azərbay­canın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınması, re­gionda əlverişli mövqeyə malik mühüm tranzit mərkəzin for­malaşması, insan kapitalının inkişafı da ölkəmizin investisiya qoyuluşu baxımından cəlbediciliyini artırır.

Prezident İlham Əliyevə Bakının Pirallahı rayonunda “Diamed” dərman istehsalı zavodunun açılışında bu barə­də ətraflı məlumat verilib. Qeyri–neft iqtisadiyyatının, o cümlədən sənayeləş­mənin inkişafının iqtisadiyyatın şaxələn­dirilməsi siyasətinin əsas istiqamətlərin­dən biri olduğu bildirilib. 

Azərbaycana investisiya qoyuluşuna marağın getdikcə artması ölkəmizin si­yasi cəhətdən sabit olması, milli, dini və irqi tolerantlığı baxımından seçilməsi ilə bağlıdır. Bununla yanaşı, hökumət tərə­findən həyata keçirilən iqtisadi siyasət, aparılan islahatlar nəticəsində respub­likada güclü iqtisadi potensial mövcud­dur. Təkcə son 10 il ərzində müasir in­frastruktur yaradılması, yüzlərlə müasir müəssisənin fəaliyyətə başlaması da bunun nəticəsidir. Yaradılan əlverişli biz­nes və investisiya mühiti, Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınması, regionda əlverişli mövqeyə malik olan mühüm tranzit mərkəzi olma­sı, insan kapitalının inkişafı da ölkəmizin investisiya qoyuluşu baxımından cəlbe­diciliyini artırır. 

İnvestisiya qoyuluşuna marağın art­masını şərtləndirən amillər sırasında iş adamlarına göstərilən güzəştlər də önəmli rol oynayır. Vergi Məcəlləsinə və “Gömrük tarifi haqqında” Qanuna əsasən, investisiyanın təşviqi sənədini alan şəxslərdən, habelə fərdi sahibkar­lardan ölkəyə idxal olunan texnika, tex­noloji avadanlıq və qurğulara görə əlavə dəyər vergisi, habelə gömrük rüsumu tutulmur. 

Yeri gəlmişkən,sahibkarlığın inkişafı­na bu cür əlverişli investisiya mühiti ya­radılmasının nəticəsidir ki, Dünya Bankı indiyədək Azərbaycanla nəqliyyat, kənd təsərrüfatı, sosial, su təsərrüfatı və s. sahələrdə uğurlu əməkdaşlıq həyata ke­çirib. Adıçəkilən bank ilə birgə reallaşdı­rılan bir sıra layihələr, o cümlədən “Bərk məişət tullantılarının vahid idarəçiliyi” layihəsi uğurla icra olunub, “Abşeron göllərinin bərpası” layihəsi üzrə isə Dün­ya Bankı və yerli mütəxəssislərlə birgə iş aparılıb. 

Xatırladaq ki, son illərdə sənayenin sürətlə tərəqqisi məqsədilə mövcud tə­bii və iqtisadi resursların istehsala cəlbi, qabaqcıl texnologiyaların daha geniş tətbiqi istiqamətində sistemli tədbirlər həyata keçirilir. Bununla bağlı ixtisas­laşmış sənaye parkları və məhəllələri yaradılır. 

Hazırda ölkədə 7 sənaye parkı (Sumqayıt Kimya, Qaradağ, Pirallahı, Mingəçevir, Balaxanı, Ağdam və Cəb­rayıl rayonunda yerləşən “Araz Vadisi İqtisadi Zonası” sənaye parkları) və 5 sənaye məhəlləsi (Hacıqabul, Masallı, Neftçala, Sabirabad və Şərur sənaye məhəllələri) fəaliyyət göstərir. Həmin kompleks müəssisələrdə sahibkarlığın müasir dünya təcrübəsi əsasında inkişafı üçün əlverişli investisiya mühiti formala­şır. Sənaye parkları və məhəllələrinin re­zidentləri qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak, torpaq, gəlir və ya mənfəət vergisindən, istehsal məqsədilə idxal etdikləri texnika, texnolo­ji avadanlıq və qurğular isə ƏDV-dən və gömrük rüsumlarından azad olunur. 

İndiyədək sənaye zonalarında rezi­dentlik statusu verilən 134 sahibkarlıq subyektinin artıq 68-i fəaliyyətə başla­yıb. Bu komplekslərə bugünədək 6,56 milyard manatdan çox investisiya yatırı­lıb və 10 min 600-dən çox daimi iş yeri yaradılıb.

Qeyri-neft sənayesinin inkişafında Prezident İlham Əliyevin müvafiq sərən­camı ilə 2006-cı ildə fəaliyyətə başlayan “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyəti (ASC) də önəmli rol oynayır. Qeyd edək ki, ASC-nin yaradıl­masında əsas məqsədi mövcud və yeni kommersiya müəssisələrinə yerli və xa­rici investorlar cəlb etməklə, həmçinin öz vəsaiti hesabına müddətli investisiya qoyuluşları vasitəsilə ölkəmizdə iqtisa­diyyatın qeyri-neft sektorunun inkişaf etdirilməsidir. 

“Azərbaycan İnvestisiya Şirkəti”nin fəaliyyətinin əsas prioritetləri birbaşa investisiyalar və yeni texnologiyaların Azərbaycana cəlb edilməsi üzrə katali­zator olmaq, respublikamızda qeyri-neft sektorunun inkişafına töhfə vermək, habelə iqtisadiyyatın şaxələndirilməsi və idxalı əvəzləyən proseslərə dəstək verməkdir. Şirkətin fəaliyyəti dövründə 27 layihəyə 224 milyon dollar investisi­ya yatırması və həmin layihələrin 11-nin xarici tərəfdaşlarla birgə icra olunması vurğulanan fikrin bariz ifadəsidir.

Ölkə rəhbərinin açılışında iştirak etdiyi “Diamed” dərman istehsalı zavo­dunun fəaliyyətə başlaması da respub­likada qeyri-neft sektoru çərçivəsində dərman istehsalı sənayesinin inkişafının parlaq nümunəsidir. 

Yeri gəlmişkən, dövlətimizin başçı­sının müvafiq sərəncamı ilə əczaçılıq məhsullarının istehsalı sahəsində ixti­saslaşmış Pirallahı Sənaye Parkında indiyədək 6 müəssisə rezident kimi qey­diyyatdan keçib. Onlardan “R-Pharm” MMC və “Diamed Co” MMC artıq fəaliy­yətə başlayıb. 

Rezidentlər tərəfindən park komp­leksinə 36,6 milyon manatdan çox in­vestisiya yatırılıb, 130-dan çox iş yeri yaradılıb. Növbəti mərhələdə 30 milyon manat investisiyanın qoyulması və daha 250-dən artıq iş yerinin yaradılması nəzərdə tutulub. Bu sənaye parkının re­zidentləri tərəfindən indiyədək 37 milyon manatlıq məhsul istehsal olunub.

Ölkəmizdə müasir sənaye müəs­sisələrinin, yeni istehsal sahələrinin yaradılması nəticəsində daxili tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artır, ixrac imkan­ları genişlənir. Belə müəssisələrdən biri də “Diamed Development Group” MMC-nin Pirallahı rayonunda yaradılan dər­man zavodudur. Bir hektar ərazisi olan zavod 3 min kvadratmetr qapalı sahə­dən ibarətdir.

Yuxarıda adıçəkilən investisiya şirkəti də bu dərman zavodunun tikin­tisinin maliyyələşdirilməsində iştirak edib. Ümumi dəyəri 15,6 milyon manat­dan çox olan “Diamed” müəssisəsində “Azərbaycan İnvestisiya Şirkəti”nin payı 20 faiz həddində müəyyənləşdirilib. 

“Diamed”ə dövlət tərəfindən digər dəstək tədbirləri də göstərilib. Belə ki, layihənin reallaşması üçün İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən 6 milyon manat güzəştli kredit ayrılıb. Sahibkarlığın inkişafına digər bir dövlət dəstəyi çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş investisiya təşviqi sənədi sayəsində isə müəssisə idxal etdiyi avadanlıqlara görə 1,3 mil­yon manat güzəşt əldə edib.

Müəssisənin layihəsi İsveçrə şirkəti tərəfindən Qabaqcıl İstehsal Təcrübə­sinə (GMP), istehsal xətti isə Avropa Farmakopeyasına uyğun olaraq hazırla­nıb. Yüksək texnologiya və tam qapalı sistemlə təchiz edilən zavodun istehsal avadanlıqları İtaliya, ABŞ, Almaniya, İs­rail kimi ölkələrdən alınıb. İstehsal olu­nan məhsulların zavoda məxsus müasir laboratoriyada Avropa Farmakopeyası­nın tələblərinə uyğun mütəmadi olaraq yoxlanılması qərara alınıb. 

V.BİNYATOĞLU, “Xalq qəzeti”



Siyasət