Muğamın gənc səsi: icra başçısından istedadlı xanəndəyə dəstək

post-img

Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, muğam sənətinə maraq göstərən və artıq uğurları ilə seçilən gənc xanəndə Rəvan Ağayevlə görüş keçirib.

Rəvan Ağayev – Xan Qərvənd kənd uşaq musiqi məktəbinin IV sinif şagirdidir. O, muğam sənətinə olan marağı və bacarığı ilə müxtəlif müsabiqələrdə uğurla iştirak edib. 2024-cü ildə Bülbül adına orta ixtisas musiqi məktəbinin təşkil etdiyi Respublika muğam müsabiqəsindMuğamın gənc səsi: icra başçısından istedadlı xanəndəyə dəstəkə nümunəvi çıxışına görə Fəxri Fərmanla təltif olunan Rəvan, 2025-ci ilin aprel ayında Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş Respublika Muğam Müsabiqəsində də Goranboyu layiqincə təmsil edib.

Bundan əlavə, gənc istedad Azərbaycanın ictimai televiziyasında yayımlanan IX Respublika Muğam müsabiqəsinin də iştirakçısı kimi geniş auditoriya qarşısında çıxış edib.

Görüş zamanı icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev çıxış edərək qeyd etdi ki, xanəndəlik sənəti xalqımızın ruhunu yaşadan, dərin köklərə malik milli sərvətdir. O, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın muğam sənətinin qorunması və inkişafı istiqamətində gördüyü işlərdən bəhs edərək, bu diqqət və qayğının nəticəsində Azərbaycan muğamlarının 2008-ci ildə UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi Mədəni İrsi Siyahısına daxil edildiyini vurğuladı.

Rayon rəhbəri həmçinin bildirdi ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə 30 ildən sonra Şuşada yenidən keçirilən “Xarıbülbül” festivalında Azərbaycan muğamının səslənməsi təkcə musiqi hadisəsi deyil, milli qürur mənbəyidir.

Görüşün sonunda istedadlı gənc Rəvan Ağayevə və onun müəlliminə Goranboy Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanları və qiymətli hədiyyələri təqdim olundu. Bu addım, rayonda gənc istedadlara verilən dəyərin və mədəniyyətə göstərilən diqqətin bariz nümunəsidir.

Hamlet Qasımov
XQ-nin bölgə müxbiri
Goranboy









Mədəniyyət