Mərkəzi Bank Biləsuvarda vətəndaşlarla səyyar görüş keçirib

post-img

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən bölgələrdə yaşayan və nəzarət subyektləri ilə narazılıqları yaranan maliyyə xidmətləri istehlakçılarının məmnuniyyətinin yüksəldilməsinin təmin edilməsi məqsədilə növbəti vətəndaşlarla görüş Biləsuvar rayonunda keçirilib.

AMB xəbər verir ki, görüşdə müraciətlərini şifahi şəkildə ünvanlayan vətəndaşlardan araşdırma üçün zəruri məlumatlar əldə olunub.

Qeyd edək ki, maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi məqsədilə səyyar görüşlərin keçirilməsi davam etdiriləcək.

İqtisadiyyat