Naxçıvan Muxtar Respublikasında kredit borclarının geri qaytarılmasının sürətləndirilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilib.
Muxtar respublika İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Sahibkarlığın İnkişafı Fonduna öhdəlik olaraq vaxtında qaytarılmalı, lakin qaytarılması təmin edilməyən vaxtı keçmiş kreditlərin məbləği 1 avqust 2024-cü il tarixinə 5,8 milyon manatdan 1 avqust 2025-ci il tarixinə 2,7 milyon manat və ya 46,6 faiz azalaraq 3,1 milyon manata endirilib.