FHN-in Aran Regional Mərkəzi “Konstitusiya və Suverenlik İli”nə həsr olunan tədbir keçirib

post-img

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzində “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda tədbir keçirilib.

Nazirlikdən verilən məlumata görə, Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra tədbirdə çıxış edənlər “Konstitusiya və Suverenlik İli”nin elan olunmasının əhəmiyyətindən danışıblar. Bildirilib ki, 27 sentyabr 2020-ci ildə Ermənistanın təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində qazanılmış tarixi Zəfər və 2023-cü il sentyabrın 19-20-də həyata keçirilmiş uğurlu antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilib, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi respublikamızın bütün ərazilərdə bərqərar olub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli Sərəncamına əsasən, sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü elan edilib. 2025-ci ilin ölkəmizdə "Konstitusiya və Suverenlik İli" elan olunması müasir Azərbaycan dövlətçiliyinin inkişafında mühüm əhəmiyyət kəsb edən bir hadisədir.

Natiqlər, həmçinin vurğulayıblar ki, Konstitusiyamızın qəbulu Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biridir. Dövlət müsətqilliyimizin və ərazi bütövlüyümüzün qorunması, xalqımızn firavanlığının təmin olunması ilə bağlı Konstitusiyamızda əks olunmuş müddəalar Dahi Rəhbərin müdrik siyasi kursunun layiqli davamçısı cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi müdrik siyasət nəticəsində yüksək səviyyədə reallaşdırılır.





Sosial həyat