Nazir: Müstəqil və prinsipial xarici siyasət kursu nəticəsində ölkəmizin beynəlxalq nüfuzu daha da artmaqdadır

post-img

Otuz il davam etmiş hərbi işğala son qoyulması nəticəsində xarici siyasətimizin qarşısında duran ən böyük çağırış olan keçmiş münaqişənin həlli, regionda yeni reallıqlar gündəliyinin yaranması xarici siyasətimizin üfüqlərinin genişlənməsində də rol oynayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramov iyulun 10-da ADA Universitetində keçirilən "Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın xarici siyasəti" adlı konfransda çıxışı zamanı bildirib.

Nazir qeyd edib ki, bu gün Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil və prinsipial xarici siyasət kursunun aparılması nəticəsində ölkəmizin beynəlxalq nüfuzu daha da artmaqdadır.

Siyasət