Münasibətlərimiz strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib

post-img

Gürcüstanda səfərdə olan Milli Məclisin deputatı, Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Arzu Nağıyev və deputat Rauf Əliyev iyulun 5-də bu ölkə parlamentinin sədr müavini, Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Arçil Talakvadze ilə görüşüblər.

Arçil Talakvadze Gürcüstanın ərazi bütövlüyünü və Avropaya inteqrasiyasını dəstəklədiyinə görə Azərbaycan dövlətinə minnətdarlıq edib. Arzu Nağıyev deyib ki, Azərbaycan yaxın qonşu və dost Gürcüstanla əməkdaşlığın inkişafına xüsusi diqqət yetirir.

Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyev ilə Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin qarşılıqlı səfərləri və bu səfərlər zamanı imzalanmış sənədlər əlaqələrimizin daha da inkişafına xidmət edib. Bunun nəticəsində münasibətlərimiz strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

Siyasət