Türkiyədə seçkilər: 28 maya 4 gün qalır

post-img

Türkiyədə seçkilərin ikinci turu üzrə səsvermə günü yaxınlaşdıqca, ölkədə “ictimai-siyasi hərarət” anbaan yüksəlir. Yenidən hər yerdə qızğın debatlar, ciddi müzakirələr gedir. Hər bir seçici öz seçiminin daha doğru olduğuna əmin olduğu üçün, bəzən dogma və yaxınlarını da buna inandırmağa çalışır. 

Lakin Türkiyə sivil, demokratik dövlətdir. Hər bir vətəndaşın azad və sərbəst seçim etməyə hüquqi və mənəvi haqqı var. Bu Vətən, bu məm­ləkət, bu dövlət 85 milyonluq türk xalqınındır və heç bir daxili və xarici bir təsir və təzyiq olmadan bütün se­çicilərin azad, sərbəst seçim etmək hüququ var. Bu tarixi seçim isə türk xalqının müstəsna haqqıdır! 

Türkiyədə 14 may seçkilərini iz­ləyən beynəlxalq müşahidəçilərin bir qismi belə bir məqamı xüsusi olaraq qeyd edirlər ki, əhalinin böyük əksə­riyyəti ölkənin siyasi həyatında cərə­yan edən proseslərə biganə qalmır. Seçici Vətənini qarşıdakı illər ərzində daha yüksək inkişaf və tərəqqi edən bir məmləkət kimi görmək istəyir. Vətəndaş onun səsinin mənsub oldu­ğu xalqın və dövlətin gələcəyi üçün böyük önəm daşıdığının fərqindədir. 

Bu günlərdə prezidentliyə na­mizədlər ictimai televiziya – TRT-də xalq qarşısında çıxış edir, öz seçkiqa­bağı proqramlarını bir daha izah və şərh edirlər. Bu çıxışlar ölkədə böyük maraqla izlənilir. Təbii ki, hər iki na­mizəd dövlətin ali postuna seçilməyə daha layiq və şanslı olduğunu göstər­məyə çalışır. 

AKP-nin qurucusu və lideri Rəcəb Tayyib Ərdoğan bazar ertəsi “TRT Haber” telekanalında çıxış edərək Qərb mediasını Türkiyədə ictimai fikrə təsir etməkdə günahlandırıb. Prezident deyib: “Biz Türkiyə mətbu­atının ictimai fikri manipulyasiya etmə cəhdlərinin qarşısını almaq üçün la­zımı hüquqi addımlar atmışıq. Amma Qərbdə mətbuat və söz azadlığı ilə bağlı ənənə və qanunlara əməl etmək istəmirlər”. 

R.T.Ərdoğan qeyd edib ki, Qərb Türkiyəni sevmir, ona görə ki, bu ölkənin iqtidarı terrorizmin kökünü kəsməyə nail olub: “Biz terrorizmlə mübarizədə tək qalmışıq. Biz vətən­daşlarımızı terror dəhşətlərindən öz gücümüzlə xilas etmişik”. 

Dövlət başçısı, həmçinin vurğu­layıb ki, Qərb Türkiyənin müdafiə sənayesi sahəsindəki uğurlarından da narahatdır: “Onlar istəmirlər ki, Türkiyə müdafiə sənayesi sahəsində güclü olsun. Bz onlardan artıq çoxdan silah və sursat almıırıq. Buna görə də bizə böhtanlar yağdırmağa çalışırlar. Bizim millət Qərbin ədalətsiz siyasə­tinə qarşı bu il mayın 14-də öz layiqli cavabını verib. Mən ümid edirəm ki, mayın 28-də də məhz belə olacaq!” 

R.T.Ərdoğan “TRT Haber”in can­lı yayımında auditoriyadan soruşub: “Siz Azərbaycan, Qətər, yaxud Livi­yada bizimlə bağlı hər hansı bir nara­hatlıq eşidibsinizmi? Xeyr! Siz bizim uğurlarımıza kimlərin narahat olduq­larına fikir versəniz, o zaman Türkiyə­nin həqiqi dostlarının və düşmənləri­nin kimlər olduğunu görəcəksiniz”. 

Xatırladaq ki, bu il mayın 14-də keçirilən ümumi seçkilərdə on mil­yonlarla türk vətəndaşı iştirak edib. Seçki fəallığı olduqca yüksək olub. R.T.Ərdoğanın lideri olduğu “Cümhur İttifaqı” parlamentdə növbəti dəfə səs çoxluğunu qazanıb, hazırkı dövlət başçısı prezident seçkilərinin nəti­cələrinə görə də əsas rəqibi CHP li­deri, “Millət İttifaqı”nın vahid namizə­di Kamal Kılıçdaroğlunu xeyli geridə qoyub. Lakin prezident seçilmək üçün “50 faiz plyuz bir səs” tələb olunduğu­na görə, mayın 28-də seçkilərin ikinci turunun keçirilməsi qərara alınıb. 

Beləliklə, dörd gündən sonra qardaş ölkənin vətəndaşları yenidən “sandıq başına” gələrək, dövlət baş­çısını seçməli olacaqlar. Qeyd etmək lazımdır ki, bu seçkilər çağdaş Tür­kiyənin, eləcə də bütün türk dünya­sının taleyi üçün son dərəcə mühüm əhəmiyyət kəsb edən olduqca vacib siyasi kampaniyadır. 

Mayın 22-də ATA İttifaqından pre­zidentliyə namizəd Sinan Oğan döv­lət başçısı R.T.Ərdoğanla görüşərək onunla müzakirələr aparıb və bu mü­zakirələrlə bağlı mətbuata açıqlama­sında AKP liderini dəstəkləyəcəyini bildirib. S.Oğan deyib ki, “biz inanırıq ki, bizim bu qərarımız ölkəmiz və mil­lətimiz üçün ən düzgün qərardır”. 

R.T.Ərdoğan, öz növbəsində, S.Oğana təşəkkür edərək demişdir: “Sayın Sinan Oğan bizim terrorizmə qarşı qətiyyətli mövqeyimizi, bütün türk dünyası ilə sıx əlaqələrimizi, eləcə də son iyirmi ildə məmləkətin terrordan xilası naminə gördüyümüz işləri yaxşı bilir.” 

Bu gün Türkiyə vətəndaşlarını ən çox narahat edən məsələlərdən biri qaçqın problemidir. Yeri gəlmişkən, R.T.Ərdoğan “TRT Haber”də çıxışı zamanı suriyalı qaçqınların dogma yurdlarına nə vaxt qayıdacaqları ilə bağlı problemə də aydınlıq gətirib. Deyib ki, Türkiyə hökuməti artıq 560 min qaçqının könüllü şəkildə və təh­lükəsizlikləri təmin olunmaqla, geri qayıtmalarını təmin edib. 

Türkiyə mətbuatı yazır ki, qaçqın ailələri terrorçulardan tamamilə azad edilən ərazilərdə yerləşdiriliblər. Real­lıq budur ki, Suriyada terror təşkilat­larının kökü kəsildikcə, dogma yurd­larına qayıdan qaçqınların sayı da davamlı olaraq artır. 

Türkiyə sərhədlərini göz bəbəyi kimi qorumağı bacaran dövlətlərdən­dir. Prezident bununla bağlı bildirib ki, son illər Türkiyənin sərhədləri ən yük­sək təhlükəsizlik texnologiyaları ilə təchiz edilib: “Sərhədlərimiz heç vaxt indiki qədər güvənli olmayıb”. 

Xatırladaq ki, hazırda Türkiyədə 3,7 milyon suriyalı qaçqının olduğu bildirilir. Qardaş ölkə öz ərazisində sığınacaq verdiyi qaçqınların sayına görə dünyada birinci yerdədir. 2011-ci ildə Suriyada “Ərəb baharı” kampani­yası çərçivəsində rejim əleyhinə baş­lanan kütləvi etiraz aksiyaları az son­ra ağır zorakılıqlarla müşayiət olunan vətəndaş müharibəsinə çevrilib və bu başıbəlalı ölkədə 23 milyonluq əhali­nin az qala yarısı qaçqın və məcburi köçkünə çevrilib.

Türk xalqı geniş qəlbli, səxavətli və comərd xalqdır. Xalqından mandat alan R.T,Ərdoğan iqtidarı ölkədəki qaçqın ailələrinin təhlükəsiz şəraitdə, könüllü və ləyaqətlə geri dönmələri üçün əlindən gələni edir. Xalq populist millətçi siyasətçilərdən fərqli olaraq, hazırkı hakimiyyətin bu istiqamətdəki ədalətli siyasətini dəstəkləyir. 

Minaxanım ƏSƏDLİ,
Azərbaycan Turizm və Menecment Universitetinin professoru, politoloq

Türkiyədə 14 mayda keçi­rilən seçkilər, ilk növbədə, qar­daş ölkədə seçki mədəniyyəti­nin olduqca yüksək səviyyədə olduğunu bütün dünyaya nüma­yiş etdirdi. Planetimizin ən de­mokratik hesab olunan dövlət­lərində belə son onillər ərzində Türkiyədə olduğu kimi yüksək seçki fəallığı müşayiət olunma­yıb. Bu mənada Türkiyə hamıya nümunə göstərdi. Düşünürəm ki, bu seçkilər təkcə Türkiyənin deyil, dünyanın demokratiya ta­rixinə qızıl hərflərlə yazılacaq. 

Azərbaycan xalqı Türkiyə­dəki seçkiləri diqqətlə izləyir. Biz bu məsələdə çox həssasıq. Bu, təbiidir. Böyük Atatürk deyib ki, Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədə­rimizdir. Bizim üçün də Türkiyə çox əzizdir. Türkiyənin güclü və qüdrətli olması bizim üçün son dərəcə önəmlidir. Biz 2020-ci ilin payızında 44 günlük şanlı sa­vaş zamanı bunun şahidi olduq. Bunu heç vaxt unutmayacağıq.

Fikrimcə, 14 may seçkiləri həm də onu göstərdi ki, Qərb­də bəzilərinin yanlış iddialarının əksinə olaraq Türkiyə demok­ratiya sahəsində böyük inkişaf yolu keçib. Dünya bir daha gör­dü ki, fədakar və qəhrəman türk xalqı sivil, demokratik dəyərlərə münasibətdə də heç bir dövlət­dən və xalqdan geri qalmır. 

Mən əminəm ki, türk vətən­daşları mayın 28-də, yəni seç­kilərin ikinci turunda da yüksək seçici fəallığı nümayiş etdirərək ən layiqli namizədə səs verə­cəklər. Müdrik türk xalqı bu dəfə də ən doğru seçimini edəcək. Bu, çox vacibdir. 

Bu gün dünyada gərgin si­yasi proseslər, münaqişə və kataklizmlər baş verir. Türkiyə dövlətinin sükanının başında hansı siyasətçinin dayanmasın­dan çox şey asılıdır. Türk xalqı üçün xeyirlisi olsun.Amin!

 

Məsaim ABDULLAYEV, “Xalq qəzeti”



Siyasət