“Azerspace-2” Afrikanın 17 ölkəsinə xidmət göstərəcək

post-img

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik (“Azərkosmos”) və qlobal peyk operatoru “Intelsat” şirkəti arasında Qərbi Afrika regionunda birgə layihələrin həyata keçirilməsinə dair kommersiya müqaviləsi imzalanıb.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazir­liyindən bildiriblər ki, müqaviləyə əsasən, “Intelsat” şirkəti 17 ölkəsi və 430 milyon­dan çox əhalisi olan Qərbi Afrika regio­nunda “Azerspace-2” peykinin resurs­larından istifadə etməklə müştərilərinə mobil şəbəkələrdə nəqletmə xidmətləri təqdim göstərəcək.

Bununla da, “Intelsat” şirkəti “Azers­pace-2” peykinin imkanlarından istifadə edərək Afrika regionunda xidmət coğrafi­yasını daha da genişləndirəcək. Nazirliyin məlumatında bildirilir ki, “Azerspace-2” peykinin əhatə dairəsi Afrikanın əlçatmaz ərazilərində belə, mobil şəbəkə və tele­kommunikasiya xidmətləri üçün olduqca əlverişlidir. “Azərkosmos”un sədr müavi­ni Fuad Aslanovin sözlərinə görə, peyk xidmətləri bazarında “Intelsat” şirkəti ilə əməkdaşlıq rəhbərlik etdiyi quruma Afri­kada mobil və data xidmətlər üzrə həyata keçirilən kommersiya layihələrində iştirak üçün geniş imkanlar açacaq. 

“Intelsat” şirkətinin biznesin inkişafı və şəbəkə tərəfdaşlıqları üzrə vitse-prezi­denti Adam Troy isə bildirib ki, təmsil etdi­yi qurum “Azərkosmos” ilə “Azerspace-2” peykinin orbitə buraxıldığı 2018-ci ildən bəri əməkdaşlıq edir. “Azərkosmos”u “In­telsat” şirkətinin mühüm və üstünlük ve­rilən tərəfdaşı kimi dəyərləndirən Adam Troy, həmçinin deyib ki, bu əməkdaşlıq Afrikadakı müştərilərinə yüksək keyfiy­yətli peyk xidmətləri göstərməyə imkan yaradacaq. 

“Xalq qəzeti”

İqtisadiyyat