Ermənistan destruktiv mövqeyindən əl çəkmək istəmir

post-img

Aprelin 12-də Milli Məclisin Sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Şimali Makedoniya Respublikasının xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmani ilə görüşüb. S.Qafarova bildirib ki, Prezident İlham Əliyevlə və xarici işlər naziri Ceyhun Bayramovla görüşlərinizdə bölgədəki vəziyyət barədə məlumat almısınız. 

Sədr Ermənistanla Azərbaycan arasında mü­naqişənin başa çatdığını və hazırda regionda tikin­ti-bərpa işlərinin yeni mər­hələyə qədəm qoyduğunu diqqətə çatdırıb.

Parlamentin Sədri ümidvar olduğunu bildi­rib ki, Ermənistan bu cür hərəkətlərdən çəkinəcək, siyasi iradə göstərəcək və iki ölkə arasında sülh sa­zişinin imzalanması üçün əməli addımlar atacaq. S.Qafarova, həmçinin Azərbaycanın Qarabağ bölgəsində yaşayan er­məni əsilli vətəndaşlarının öz siyasi, sosial və iqtisa­di məkanlarına reinteqra­siyası üzərində işlədiyini diqqətə çatdırıb. 

Görüşdə Azərbaycan nümayəndə heyətinin ATƏT Parlament Assamb­leyasının fəaliyyətində fəal iştirakı, Bakının, hət­ta ATƏT PA-nın illik top­lantısına evsahibliyi etdiyi diqqətə çatdırılıb. Azərbay­can və Şimali Makedoniya nümayəndə heyətlərinin də ATƏT PA-da müsbət əməkdaşlığı vurğulanıb. 

Buyar Osmani Pre­zident İlham Əliyevlə və xarici işlər naziri Ceyhun Bayramovla görüşləri və aparılan danışıqlar barə­də təəssüratlarını bölüşüb. Bildirib ki, bu cür səfərlər münasibətlərin vəziyyətinə yenidən nəzər salmağa və reallığı daha yaxşı başa düşməyə kömək edir.

B.Osmani siyasi dia­loqun inkişaf etdirilməsi, regionda sülhün təşviqi, gələcəyə baxış və digər məsələlər barədə fikirlərini bölüşüb, bu sahədə ATƏT-in görə biləcəyi işlərdən danışıb.

Görüşdə qarşılıq­lı maraq doğuran digər məsələlər də müzakirə olunub.

Ə.BƏDƏLOV, “Xalq qəzeti”

Siyasət